Azər Həsrət: AŞPA-nın “hesabatı”ndakı fikirlər faktiki olaraq heç bir mənbəyə əsaslanmır
28.04.2018 [10:10]
Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Ermənistanda vəziyyətin qarışdığı bir məqamda sanki məqsədli şəkildə Azərbaycanın üzərinə hücuma keçir. Bütün dünyanın gözü qarşısında Ermənistanda qarşıdurmanın baş verdiyi, vətəndaşlara qarşı zor tətbiq edildiyi, hakimiyyətin devrildiyi, xalq ilə hakimiyyət arasında dərin uçurumun mövcud olduğu, ölkənin faktiki olaraq idarəolunmaz hala gəlib çıxdığı bir vaxtda nədənsə AŞPA-da Azərbaycan kimi sabit bir ölkəni müzakirə etmək üstün tutulur. Bu, təbii ki, birmənalı olaraq qərəzdən, qeyri-obyektiv yanaşmadan, məqsədli şəkildə Azərbaycanı gözdən salmağa çalışmaqdan xəbər verir.
Bu sözləri AZƏRTAC-a AŞPA-nın Azərbaycana qarşı qərəzli hesabatına münasibət bildirən siyasi şərhçi Azər Həsrət deyib.
“AŞPA-da Azərbaycanla bağlı bu cür tez-tələsik “hesabat” ortaya çıxarıb məhz belə bir məqamda müzakirə etməyin özü bizi ciddi düşündürür. Ona görə ki, Avropa Şurasının Parlament Assambleyası Azərbaycanda keçirilmiş prezident seçkilərinin hələ müzakirələri bitməmiş belə addım atmaqla, əslində, tələskənliyə yol verir. Ümumiyyətlə, bu məsələnin ajiotaj yaradacaq bir şəkildə ortaya atılması özü düşündürücüdür. Yəni, sanki məqsədli şəkildə, bilərəkdən, Azərbaycana qarşı hücum təşkil edilib. Tam əminliklə deyə bilərəm ki, bu “hesabat” anti-Azərbaycan, islamofob və ermənipərəst qrupların qurduğu növbəti oyundur”, - deyə Azər Həsrət bildirib.
Siyasi şərhçi qeyd edib ki, Azərbaycan Avropa Şurasının üzvüdür, AŞPA-da fəal iştirak edir. Amma bu məsələ dəfələrlə qaldırılıb ki, lazım olacağı təqdirdə Azərbaycan Avropa Şurası ilə münasibətlərə yenidən baxmaq hüququnu özündə saxlayır. Yəni, Avropa Şurasında müəyyən dairələr Azərbaycanın üzərinə belə gəlməyə davam edərlərsə, təbii ki, Azərbaycan bu qurumla münasibətlərinə yenidən baxmaq məcburiyyətində qalacaq. Azərbaycanın Avropa Şurası qarşısında müəyyən öhdəlikləri var və bu öhdəliklərə də əməl edir. AŞPA-nın isə “hesabatlar”ı tam qərəzlidir. Həmin “hesabatlar”da belə yazırlar: bizim görüşdüyümüz, ünsiyyətdə olduğumuz adamlar bu cür dedi və s. Yəni, göründüyü kimi bu “hesabatlar”dakı fikirlər, faktiki olaraq, heç bir mənbəyə əsaslanmır.
“Azərbaycan ictimaiyyəti bu cür qərəzli yanaşmadan çox narahatdır. Necə olur ki, Ermənistanda insan haqlarının kobud şəkildə pozulduğu haqda heç nə deyilmir, lakin Azərbaycanda bu cür sabitlik hökm sürə-sürə, belə bir inkişaf gedə-gedə özlərindən nələrisə uydurub üstümüzə gəlirlər?”, - deyə siyasi şərhçi əlavə edib.
Xəbər lenti
Hamısına baxMaraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28

