/ / Parlamentin komitə iclasında ombudsmanın 2017-ci il üzrə illik məruzəsi barədə müzakirələr aparılıb
Parlamentin komitə iclasında ombudsmanın 2017-ci il üzrə illik məruzəsi barədə müzakirələr aparılıb
21.04.2018 [10:16]
Aprelin 20-də Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclis sədrinin müavini, komitə sədri Bahar Muradova əvvəlcə 11 aprel - prezident seçkilərində qazandığı uğurlu qələbəyə görə dövlətimizin başçısına təbriklərini çatdırıb. Sədr müavini bildirib ki, Azərbaycan xalqı 11 aprel tarixində növbəti dəfə müdrik seçim edərək, Prezident İlham Əliyevə səs verdi. O, demokratik, şəffaf, ədalətli seçki prosesində iştirakına görə hamıya təşəkkürünü bildirib və bu seçimin hər bir vətəndaşımızın üzərinə qoyduğu vəzifələrdən söz açıb.
Sonra Bahar Muradova komitə üzvü, dəyərli alim və ictimai xadim Astan Şahverdiyevin vəfatından olduqca kədərləndiklərini bildirib, ailəsinə dərin hüznlə başsağlığı verib.
Daha sonra iclasda Azərbaycan Respublikası insan hüquqları üzrə müvəkkilin (Ombudsman) illik məruzəsi dinlənilib. İclasda iştirak edən Ombudsman Aparatının rəhbəri Aydın Səfixanov sənədi təqdim edib.
Milli Məclisin deputatları Əflatun Amaşov, Tahir Kərimli, Elman Nəsirov, Fazil Mustafa, Hikmət Məmmədov, Flora Qasımova sənədlə bağlı fikirlərini, təklif və iradlarını bildiriblər. Aydın Səfixanov komitə üzvlərinin suallarını cavablandırıb, maraqlı təkliflərin nəzərə alınacağını qeyd edib.
Məruzə komitə üzvləri tərəfindən ümumilikdə yüksək dəyərləndirilib və nəzərə alınıb.
Komitədə “Kütləvi informasiya vasitələri haqqında” Qanuna dəyişiklik edilməsi barədə sənəd də müzakirə edilib. Bahar Muradova bildirib ki, qanun layihəsindəki dəyişikliklər “Reklam haqqında” Qanuna uyğunlaşdırma məqsədilə aparılıb.
Parlament Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid qanun layihəsindəki dəyişikliklərin mahiyyətini açıqlayıb. Bildirilib ki, Qanunun 21-ci (Kütləvi informasiya vasitəsi məhsulunun yayılmasına icazə) maddəsinin 1-ci bəndi yeni redaksiyada verilib. Dəyişikliyə əsasən, qanunla reklamı qadağan edilmiş malların istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər sponsor ola bilməzlər. Sponsorun maliyyə yardımı ilə hazırlanmış dövri mətbuat nəşrlərində bu barədə məlumat çap olunmalıdır. Dövri mətbu nəşrlərdə yayımlanan elanlarda (anonslarda) əmtəə nişanının, reklamvericilərin, sponsorun adının və loqosunun yerləşdirilməsi reklam hesab olunur. Qanuna edilən əlavəyə əsasən, haqsız, qeyri-dəqiq və gizli reklam “Reklam haqqında” Qanunun tələbləri nəzərə alınmaqla təkzib olunur. Milli Məclisin deputatları və dəvət olunmuş mütəxəssislər dəyişikliklərin zəruri olduğunu vurğulayıblar.
Sonra iclasda “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanuna texniki xarakterli dəyişikliklərə baxılıb.
Ətraflı müzakirələrdən sonra hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25

