/ / Siyavuş Novruzov: Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə inkişafa, təhlükəsizliyə, tərəqqiyə səs verdi
Siyavuş Novruzov: Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə inkişafa, təhlükəsizliyə, tərəqqiyə səs verdi
21.04.2018 [10:13]
Azərbaycan xalqı aprelin 11-də ölkəmizdə keçirilmiş prezident seçkilərində növbəti dəfə çox düzgün seçim etdi. Xalqımız bu dəfə də Azərbaycanın iqtisadi inkişafına, təhlükəsizliyinə, tərəqqisinə, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasına səs verdi və yenidən cənab İlham Əliyevi Prezident seçdi. Azərbaycan xalqı birlik, həmrəylik nümayiş etdirdi. Ədalətli və şəffaf şəkildə keçirilən prezident seçkiləri xalqımızın iradəsini tam əks etdirdi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzov bildirib.
Siyavuş Novruzov qeyd edib ki, Prezident İlham Əliyev aprelin 18-də Milli Məclisdə keçirilmiş andiçmə mərasimində ötən 15 ili əhatə edən çox geniş nitq söylədi. Proqram xarakterli bu nitq bütün sahələri özündə ehtiva etdi. Bu nitqdə ötən 15 il ərzində əldə olunmuş nailiyyətlər, perspektivdə görüləcək işlər öz əksini tapıb.
Milli Məclisin komitə sədri qeyd edib ki, Azərbaycanın son 15 illik tarixi mühüm bir inkişaf mərhələsini təşkil edir. Dövlətimizin başçısı nitqində də qeyd etdi ki, son 15 il ərzində biz böyük uğurlara imza atdıq, Azərbaycan xalqı təhlükəsizlik, sabitlik şəraitində yaşamışdır. Bu 15 il ərzində dünyanın müxtəlif bölgələrində, bizim bölgəmizdə, Avropada çox təhlükəli proseslər baş verirdi: qanlı toqquşmalar, müharibələr, vətəndaş müharibələri, dövlət çevrilişləri. Yəni, təhlükəsizlik baxımından son 15 il çox gərgin keçmişdir. Azərbaycanda isə xalqımız təhlükəsizlik şəraitində yaşamışdır.
Azərbaycanın hərtərəfli inkişafı, dövlətimizin başçısının verdiyi hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması, atdığı hər bir addımda xalqa arxalanması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm işlər görməsi xalqımızın Prezidentimizə inamını, xalq-iqtidar birliyini daha da möhkəmləndirib. Əminik ki, Prezident İlham Əliyev növbəti yeddi ildə də görəcəyi işlərlə Azərbaycanın uğur səhifələrini daha da zənginləşdirəcək. Dövlətimizin başçısı nitqində də vurğuladı ki, bundan sonrakı illərdə bu günə qədər görə bilmədiyimiz işləri başa çatdıracağıq.
Siyavuş Novruzov vurğulayıb ki, növbəti prezidentlik dönəmi üçün səlahiyyətlərini icra etməyə başlayan dövlətimizin başçısı, ilk növbədə, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə üstünlük verdi. Prezidentin səlahiyyətlərinin icrasına başlayan kimi imzaladığı ilk sənəd məhz Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Fərman oldu. Ümumiyyətlə, son 15 il ərzində Azərbaycan Prezidenti sosial məsələlərin həllinə çox böyük diqqət göstərib. Bu istiqamətdə görülən işlər, o cümlədən imzalanmış son Fərman dövlətimizin başçısının siyasətinin mərkəzində insan amilinin dayandığını bir daha təsdiq edir.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25

