Elçin Mirzəbəyli: Serj Sarkisyan rejimi etiraz aksiyalarından ciddi narahatlıq keçirir
20.04.2018 [10:25]
Ötən gün axşam paytaxt Yerevanın küçələrinə hərbi texnikanın yürüdülməsi Serj Sarkisyan rejiminin etiraz aksiyalarından ciddi narahatlıq keçirdiyini göstərir. Bu narahatlıq Serj Sarkisyanın açıqlamalarında da nəzərə çarpır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib. O qeyd edib ki, Ermənistanın vəzifəsinin adı dəyişilmiş rəhbəri etiraz aksiyalarının ölkənin maraqlarına xidmət etmədiyini bildirib, məhz bu açıqlamalardan sonra paytaxt küçələrinə hərbi texnika çıxarılıb. Erməni mətbuatı hərbi texnikanın və hərbçilərin Ermənistanın işğalı altında olan ərazilərdən, o cümlədən Dağlıq Qarabağdan gətirildiyini yazır. Jurnalistlərin hərbçiləri və hərbi texnikanı lentə almaq cəhdlərinin sərt müdaxilə ilə qarşılanması və onların təqib edilməsi də sübuta yetirir ki, Dağlıq Qarabağdan gələn hərbçilər fotoşəkillərinin mediada görüntülənməsindən narahatdırlar.
Siyasi ekspert hesab edir ki, bu, Ermənistan müxalifətinin aksiyaların dağıdılması üçün Dağlıq Qarabağdan hərbçilərin gətirilməsi barədə bəyanatlarını təsdiqləyə və təbii ki, qarşıdurmanı daha da gücləndirə bilər. Aksiyalarda iştirak edən Ermənistan vətəndaşlarının sayının gündən-günə artmasının etirazların tez bir zamanda səngiməyəcəyini göstərdiyini deyən E.Mirzəbəyli bildirib ki, etiraz aksiyalarının Avrasiya inteqrasiyasına qarşı olan qərbyönümlü siyasi qüvvələr tərəfindən təşkil olunması Serj Sarkisyanın rəhbərlik etdiyi hərbi-cinayətkar xuntanı çıxılmaz vəziyyətə salıb.
Müsahibimizin sözlərinə görə, etiraz aksiyalarına Serj Sarkisyanın ənənəsinə uyğun sərt və qanlı müdaxiləsi Ermənistanın son dövrlərdə Avropa İttifaqı ilə intensivləşən manipulyativ davranışlarının da qarşısını ala, rəsmi İrəvanın Qərblə münasibətlərinə ciddi zərbə vura bilər. Bu, həmçinin bir qütbdən asılı olan Ermənistanın onsuz da ağır olan vəziyyətini daha da çətinləşdirir. “Ermənistanı himayə və idarə edən geosiyasi qütbün iqtisadiyyatında sanksiyalar nəticəsində nəzərəçarpan geriləmə dotasiya və dilənçiliklə yaşayan işğalçı ölkəyə yaxşı heç nə vəd etmir”, - deyən Elçin Mirzəbəyli ölkəni bürüyən etiraz aksiyalarının və buna qarşı sərt müdaxilənin Ermənistanın Avropa İttifaqından maliyyə yardımı ilə bağlı gözləntilərini də puça çıxardığını söyləyib. O bildirib ki, Sarkisyanın etirazçıların təzyiqi qarşısında yol verdiyi siyasi səhvlər rəsmi İrəvanın ölkənin guya daha demokratik idarəçilik formasına keçdiyi barədə təbliğatını tamamilə sıradan çıxarıb. Sarkisyanın Ermənistanda hakimiyyətin deyil, idarəçiliyin formasının dəyişdiyini dilə gətirməsi hərbi-cinayətkar xuntanın “parlament idarəçiliyi” adı altında erməni xalqını və dünyanı növbəti dəfə aldatmağa cəhd göstərdiyini sübuta yetirir. Bu arada, aksiyalara rəhbərlik edən Nikol Paşinyanın “Sarkisyan hakimiyyətdə qalacağı təqdirdə Ermənistan Qərbi Azərbaycana çevriləcək” şüarını tez-tez səsləndirməsinə də diqqət yetirmək lazımdır. Bu, Ermənistan cəmiyyətində Azərbaycan Prezidentinin “biz öz tarixi torpaqlarımıza qayıdacağıq” bəyanatının nə qədər ciddi kök saldığını göstərir. Azərbaycan Prezidentinin bəyanatları işğalçı ölkənin siyasi gündəmini müəyyənləşdirir və bu, kifayət qədər ciddi amildir. Aksiyaların “Serj Sarkisyan bizim baş nazir deyil” şüarı ilə davam etdirilməsi və etirazçıların sayının artması Ermənistanda vətəndaş qarşıdurmasına zəmin yaradan amillərin sayının kifayət qədər çox olduğunu, qütbləşmənin dərinləşərək barışmaz hala gəldiyini göstərir.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51

