Vüqar Rəhimzadənin məqaləsi ABŞ-ın Thompson Reuters indeksli jurnalında
17.04.2018 [08:49]
Siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Slavyan Universitetinin dosenti, “İki sahil” qəzetinin Baş redaktoru Vüqar Rəhimzadənin “KİV dövlətin ictimai-siyasi sisteminin institutu kimi” adlı məqaləsi ABŞ-da nəşr olunan Thompson Reuters indeksli “Confrontation” jurnalında dərc olunub.
Vüqar Rəhimzadə 1968-ci ildən işıq üzü görən və Nobel mükafatçılarının da məqalələrinin dərc edildiyi jurnalın 121-ci sayında Azərbaycanda demokratik cəmiyyətin əsas atributlarından biri kimi mətbuatın inkişafına göstərilən diqqət və qayğıdan, medianın müstəqil ictimai institut kimi formalaşmasının elmi əsaslarından bəhs edib.
Məqalədə qeyd olunur ki, KİV cəmiyyətin siyasi sisteminin mühüm tərkib hissəsi kimi dövlət və cəmiyyət arasında mühüm əlaqələndirici funksiya yerinə yetirir. Bu gün mətbuat cəmiyyətdə sabitləşdirici rola malikdir və sosial dəyişikliklərin təkanverici qüvvəsini kimi çıxış etməyə qadirdir. Bu da öz növbəsində dövlətin informasiya siyasətinin əhəmiyyətini müəyyən edir.
Müəllif yazır ki, informasiya sahəsindəki siyasət daha az öyrənilmiş və daha çox mürəkkəb olan siyasi fəaliyyət növüdür. Vurğulanır ki, ən yeni informasiya və telekommunikasiya texnologiyalarının inkişafı özü ilə təkcə texnoloji innovasiyalar, elm tutumlu istehsala keçid və s. gətirmir, həmçinin insan məskəninin bütün informasiya mühitini, ictimai həyatın bütün sosiomədəni məzmununu kökündən dəyişir, informasiya sahəsini cəmiyyətdə üstün mövqeyə çıxarır. Yeni informasiya məkanı dünya bazarının az qala ən sürətli və intensiv inkişaf edən sektoruna çevrilən, hər hansı milli sərhədləri və ideoloji maneələri aradan qaldıran, milli-mədəni fərqləri tarazlayan dünya informasiya bazarının yeni reallıqlarını diktə edir.
Məqalədə bu reallıq da öz əksini tapır ki, cəmiyyətin informasiya tələbatının ödənilməsi funksiyasını yerinə yetirən mətbuat zamanın, dövrün tələblərinə uyğun olaraq daha da təkmilləşir, yeni-yeni vəzifələrin icrasına öz töhfəsini verməyə çalışır. Ən ciddi dəyişikliklər hər şeydən öncə informasiyanın təsir imkanlarının qlobal miqyasda güclənməsi ilə əlaqədar olaraq dövlət sərhədlərinə və auditoriyanın milli fərqlərinə məhəl qoymayan televiziyada baş verir. Bu daha aşkar formada internet sistemində nəzərə çarpır. Bütün planet miqyasında vahid informasiya məkanının bərqərar olması müasir mərhələdə informasiya sənayesinin obyektiv zəruriliyidir.
Azərbaycan mətbuatının keçdiyi inkişaf yolunun, yeni texnologiyaların inkişafı fonunda əldə olunan uğurların əks edildiyi məqalədə bildirilir ki, bu gün İKT Azərbaycanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi, intellektual potensialının gücləndirilməsi, biznesin inkişafı, korrupsiya ilə mübarizə, yoxsulluq və işsizliyin aradan qaldırılması, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir. İnternet mediasının inkişafı, internetdə fikir və söz azadlığının mövcudluğu, elektron qəzet və jurnalların, xarici və daxili sosial şəbəkələrin geniş yayılması İKT-nin cəmiyyətə verdiyi yeni imkanlardır. Bu da bir faktdır ki, müasir dövrdə ümumi iqtisadi inkişafda informasiya-kommunikasiya texnologiyalarının yeri və rolu artan xətt üzrə inkişaf etməkdədir. Məhz bu səbəbdən bu gün Azərbaycanda da İKT davamlı inkişaf siyasətinin prioritet istiqamətləri sırasında yer almaqla yanaşı, sosial-iqtisadi sahəyə də böyük sürətlə nüfuz etməkdədir. Müəllif diqqətə çatdırır ki, XXI əsrdə informasiyanın elmi-texniki inqilabın əsasını təşkil edəcəyini nəzərə alan Azərbaycan dövləti elmin inkişafının və iqtisadiyyatın texnoloji cəhətdən modernləşdirilməsinin ən perspektivli istiqamətlərini müəyyənləşdirdi. Yüksək rəqabətli iqtisadiyyatın qurulmasında İKT-nin rolunu genişləndirmək, infrastrukturun modernləşdirilməsi, sahələr üzrə təkmil islahatların həyata keçirilməsi Azərbaycanın informasiya tranziti ölkəsinə çevrilməsinə xidmət edən əsas amillərdir. Bu istiqamətdə mühüm addımlardan biri məhz ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin kosmik sənayenin inkişafına göstərdiyi dəstəkdir.
Böyük maraq doğuran məqalədə yer alan bu kimi digər faktlar bir daha İKT-nin cəmiyyət həyatında oynadığı rola aydınlıq gətirir, ən əsası Azərbaycan mətbuatının dünya informasiya məkanına inteqrasiyasına işıq salır.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25

