/ / ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu missiyasının rəhbəri Konstitusiya Məhkəməsində olub
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu missiyasının rəhbəri Konstitusiya Məhkəməsində olub
06.04.2018 [10:21]
Aprelin 5-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu missiyasının rəhbəri xanım Korin Yonkerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Konstitusiya Məhkəməsinin fəaliyyətindən danışan F.Abdullayev müstəqil Azərbaycanın ilk Konstitusiyasının 1995-ci ildə qəbul edildiyini və orada konstitusiya nəzarəti orqanının yaradılmasının təsbit olunduğunu bildirib. Qeyd edib ki, ölkəmizdə 1995-ci ildən 1998-ci ilədək aparılmış mühüm qanunvericilik islahatları çərçivəsində 1998-ci ildə Konstitusiya Məhkəməsi yaradılıb. Ötən 20 il ərzində Konstitusiya Məhkəməsi inkişaf dövrünü yaşayıb və Məhkəmənin təkmilləşdirilməsində Avropa modelləri prioritet təşkil edib.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hələ ilk dövrlərdə, hətta Azərbaycan Avropa Şurasına üzv olmazdan əvvəl belə öz qərarlarında İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının müddəalarına istinad edib və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin praktikasına diqqət yetirib. 2002-ci ildə keçirilən referendum nəticəsində Azərbaycan Respublikasının Konstitusiyasına mütərəqqi dəyişikliklər edilib, ombudsmanın, ümumi məhkəmələrin və fərdi şəxslərin Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ təsbit olunub. Hazırda Məhkəmənin icraatında olan işlərin əksəriyyətini fərdi şikayətlər təşkil edir. Konstitusiya Məhkəməsinin Plenumunun bu günədək qəbul olunmuş qərarları müxtəlif hüquq sahələrinə aiddir və Azərbaycan ərazisində mütləq hüquqi qüvvəyə malikdir. Konstitusiya Məhkəməsinin Plenumunun qəbul etdiyi qərarlar dərhal qüvvəyə minir və məcburi xarakter daşıyır.
F.Abdullayev qonaqlara Konstitusiya Məhkəməsinə daxil olan sorğu, müraciət və şikayətlər, habelə ötən dövr ərzində Plenum tərəfindən qəbul edilmiş qərarların mahiyyəti haqqında məlumat verib.
Diqqətə çatdırılıb ki, parlament və prezident seçkilərinin nəticələrinin təsdiqi və elan edilməsi Azərbaycan Konstitusiya Məhkəməsinin səlahiyyətləri daxilindədir. Konstitusiya Məhkəməsi xüsusi Konstitusiya icraatı qaydasında Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunu təsdiq edərək seçkilərin yekunlarını rəsmən elan edir.
Qeyd edilib ki, cəmiyyət və hüquqi dövlət inkişaf etdikcə seçki prosesi də inkişaf edərək təkmilləşir. Azərbaycanda da bu prosesin inkişafı müşahidə edilir və seçki təcrübəsi ildən-ilə müasirləşir. Bu baxımdan ATƏT-in seçki müşahidə missiyasının rəyləri və təklifləri də seçki prosesi üçün əhəmiyyətlidir.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu missiyasının rəhbəri xanım Korin Yonker səmimi görüşə görə təşəkkürünü ifadə edərək, seçki müşahidə missiyasının fəaliyyəti və məqsədləri barədə məlumat verib, müşahidə missiyasının seçki prosesində Konstitusiya Məhkəməsi ilə əməkdaşlığına diqqət yetirəcəyini bildirib. Qeyd edib ki, seçkilər ərəfəsində ümumi prosesi daha dərindən öyrənmək üçün Konstitusiya Məhkəməsindəki bu görüş onlar üçün xüsusi əhəmiyyət kəsb edir.
Korin Yonker diqqətə çatdırıb ki, Azərbaycanda ATƏT-in uzunmüddətli müşahidə missiyası martın 9-da fəaliyyətə başlayıb və müşahidələri aprelin 23-dək davam edəcək. Missiya seçkidən öncəki, seçki günü və seçkidən sonrakı prosesləri izləyəcək və seçkilərdən sonra yekun hesabat təqdim edəcək.
Söhbət zamanı Azərbaycanda qarşıdakı prezident seçkiləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Fərhad Abdullayev seçkilərin demokratik, seçki qanunvericiliyinə uyğun şəkildə keçiriləcəyinə, ədalətli və şəffaf olacağına əminliyini bildirib.
Qonaqlar, həmçinin Konstitusiya Məhkəməsinin icraatında olan işlər, şikayətlərə baxılması qaydası, seçicilərin məhkəmələrə şikayət etmə hüquqları ilə əlaqədar məsələlərlə maraqlanıblar.
Konstitusiya Məhkəməsinin sədri sualları ətraflı cavablandıraraq konstitusion hüquqların təmin olunmasının əhəmiyyətini qeyd edib, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində konstitusiya təminatlarına toxunub.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

