/ / Məhəbbət İbrahimova: İnkişaf göstəriciləri və reallıqlar Azərbaycan xalqının seçiminin cənab İlham Əliyev olduğunu deməyə əsas verir
Məhəbbət İbrahimova: İnkişaf göstəriciləri və reallıqlar Azərbaycan xalqının seçiminin cənab İlham Əliyev olduğunu deməyə əsas verir
23.03.2018 [10:03]
“Azərbaycan Ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı olan cənab İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu qət edib. Bu gün Azərbaycan beynəlxalq müstəvidə müstəqil, qüdrətli və nüfuzlu ölkə kimi tanınır. Bunu təmin edən əsas amil məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətdir”. Bu sözləri yap.org.az saytına açıqlamasında YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar bütün sahələrin inkişafını təmin edib, gələcək inkişaf üçün güclü baza yaradıb: “Bu siyasət Azərbaycanın gələcək inkişafını təmin etmək iqtidarındadır. Bu səbəbdən Azərbaycan vətəndaşları ölkəmizin inamlı sabahı, xalqımızın rifahı üçün cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəkləyir. Ona görə də 11 aprel tarixində ölkəmizdə keçiriləcək prezident seçkilərində Azərbaycan vətəndaşlarının seçiminin cənab İlham Əliyev olacağını əminliklə deyə bilərik”.
M.İbrahimova əlavə edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi səmərəli iqtisadi siyasət nəticəsində inkişafın Azərbaycan modelinin əsası qoyulub: “Azərbaycan dünyaya yeni iqtisadi inkişaf modeli təqdim edib və bu, bir çox ölkələr üçün nümunədir. İdarəetmənin təkmilləşdirilməsi istiqamətində mühüm islahatlar həyata keçirilib. İnfrastruktur layihələri uğurla reallaşdırılıb, o cümlədən ötən 15 ildə ölkə boyu 642 tibb ocağı tikilib və yaxud əsaslı şəkildə təmir edilib. Ən yüksək standartlar səviyyəsində qurulan və müasir avadanlıqla təchiz edilən bu tibb ocaqlarında müxtəlif xəstəlikləri müayinə və müalicə etmək mümkündür. Regionlarda istifadəyə verilən yeni tibb ocaqlarında əhaliyə yüksəkkeyfiyyətli səhiyyə xidməti göstərilir ki, bu da Azərbaycan dövlətinin siyasətinin mərkəzində ölkə vətəndaşlarının dayandığını göstərir”.
“Sadalanan inkişaf göstəriciləri və pozitiv reallıqlar Azərbaycan xalqının seçiminin cənab İlham Əliyev olacağını deməyə əsas verir. Xalqımız növbəti dəfə cənab İlham Əliyevə etimad göstərəcək”, - deyə YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri vurğulayıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28

