VI Qlobal Bakı Forumu qlobal əhəmiyyətli məsələlərin aktiv müzakirə platformasıdır
17.03.2018 [09:50]
Forum sülh, təhlükəsizlik, əməkdaşlıq, sabitlik və inkişaf prinsipləri çərçivəsində dialoq imkanlarının genişləndirilməsi üçün mühüm əhəmiyyətə malikdir
Xəbər verildiyi kimi martın 15-də Azərbaycanın paytaxtında “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu işə başlayıb. Açılış mərasimindən sonra VI Qlobal Bakı Forumu işini panel iclasları ilə davam etdirib. Bu mötəbər tədbirə 50-dən çox ölkədən 500-dək nümayəndə, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər qatılıblar.
VI Qlobal Bakı Forumunda aktual çağırışlardan doğan strateji məsələlər müzakirə edilib, Forumun iştirakçıları bu mühüm platformanın əhəmiyyətini olduqca yüksək qiymətləndiriblər. Diqqətə çatdırılıb ki, Qlobal Bakı Forumu beynəlxalq səviyyədə dialoqun genişləndirilməsi baxımından səmərəlidir. Eyni zamanda, Forum regional və beynəlxalq miqyasda mövcud problemlərin həllinə intellektual töhfədir. Bildirilib ki, Forum qlobal gündəlikdə duran məsələlərin müzakirəsi məqsədilə kifayət qədər qısa müddət ərzində dünya platformalarından birinə çevrilib.
Digər tərəfdən, nüfuzlu beynəlxalq media qurumları da Forumu diqqət mərkəzində saxlayırlar. Həmin mətbuat orqanları da VI Qlobal Bakı Forumunun əhəmiyyətindən bəhs edən məqalə və informasiyalarla çıxış ediblər. Ümumi qənaət ondan ibarət olub ki, bu Forum sülh, təhlükəsizlik, əməkdaşlıq, sabitlik və inkişaf prinsipləri çərçivəsində dialoq imkanlarının genişləndirilməsi üçün mühüm platformadır. Eyni zamanda, belə təşəbbüslərin davamlı olması beynəlxalq münasibətlərin gələcəyi üçün xüsusi əhəmiyyət daşıyır.
Öz növbəsində məsələyə münasibət bildirən Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib ki, Azərbaycan son illər müxtəlif mövzularda beynəlxalq tədbirlərin təşkilatçısı rolunda çıxış edir: “Çünki ölkəmiz regionda sülh, əmin-amanlıq, əməkdaşlıq məkanına çevrilib. Bu baxımdan, VI Qlobal Bakı Forumu da böyük əhəmiyyət kəsb edir”.
Onun sözlərinə görə, Azərbaycan müxtəlif səpkili beynəlxalq tədbirlərin ənənəsini yaradan ölkələrdən biri sayılmaqdadır: “Azərbaycan həm də sivilizasiyalararası dialoqun formalaşmasına xidmət edən ənənələrin yaranmasına, xalqların, dövlətlərin yaxınlaşmasının yeni yollarını düşünən ölkə kimi çıxış edir”.
“Hesab edirəm ki, müəyyən müddət sonra bu tədbirlər daha çox ölkələri əhatə edəcək. Prezidentlərin, baş nazirlərin, keçmiş dövlət başçılarının, siyasətçilərin, alimlərin, ekspertlərin, müxtəlif təbəqələrin nümayəndələrinin iştirakı ilə keçirilən belə tədbirlər dünyanın çox narahat dönəminə təsadüf edir. Dünyanın bir sıra məkanlarında qarşıdurmalarla müşahidə olunan bir şəraitdə bu tədbirin Bakıda keçirilməsi çox böyük əhəmiyyət kəsb edir. Ona görə ki, Azərbaycan çoxsaylı etnik qrupların, dini konfessiyaların nümayəndələrinin uzun illər bir arada qardaşlıq şəraitində yaşadığı ölkədir. Hazırda multikultural dəyərlərin iflasa uğradığı, bu dəyərlərdən geri çəkilmiş Avropada gedən proseslərin alternativi olaraq ölkəmizdə müşahidə olunan müsbət prosesləri təqdim etmək, əslində, bir mesajdır. Yəni Avropa cəmiyyətləri də bu dəyərlərə istinad etməlidir. Azərbaycanın bu foruma ev sahibliyi etməsi də bu baxımdan dünyaya mesajdır, mühüm çağırışdır”, - deyə akademik vurğulayıb.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva isə qeyd edib ki, Azərbaycanda keçirilən VI Qlobal Bakı Forumunda mühüm məsələlər müzakirə olunub. Forumda dünyanın nüfuzlu siyasi, elm, ictimai xadimləri iştirak edib. Onun sözlərinə görə, belə bir mötəbər beynəlxalq tədbirdə dünyada mövcud olan aktual məsələlərin geniş müzakirə olunması müasir beynəlxalq münasibətlər kontekstində mühüm əhəmiyyətə malikdir.
“Bu fakt göstərir ki, beynəlxalq arenada Azərbaycanın rolu güclənir. Azərbaycan Şərqlə Qərbin, sivilizasiyaların qovuşuğunda yerləşdiyi üçün bu mötəbər tədbirin ölkəmizdə keçirilməsi tamamilə qanunauyğundur. VI Qlobal Bakı Forumu mühüm məsələlərin müzakirə edildiyi nüfuzlu bir platformadır. Forumda dünyanın bir çox ölkələrindən nümayəndələr iştirak edib. Hesab edirəm ki, Forumda qlobal əhəmiyyətli məsələlərin müzakirə olunması dünyada mövcud olan bir sıra problemlərin həlli baxımından əhəmiyyətlidir”, - deyə deputat qeyd edib.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

