Azərbaycan Mətbuat Şurasının 15 illik yubileyi qeyd edilib
15.03.2018 [10:26]
Martın 14-də Azərbaycan Mətbuat Şurasının 15 illik yubileyinə həsr olunan mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, dövlət və hökumət qurumlarının, diplomatik korpusun nümayəndələri, Mətbuat Şurası İdarə Heyətinin üzvləri, Milli Məclisin deputatları, media təmsilçiləri iştirak ediblər.
Prezidentin köməkçisi Əli Həsənov tədbirdə çıxış edərək Mətbuat Şurasının 15 illik fəaliyyətini yüksək qiymətləndirib. Mətbuat Şurasının milli mətbuatımızın müasir inkişafına dəyərləri töhfələr verdiyini vurğulayan Əli Həsənov deyib: “Bildiyiniz kimi, bir neçə gün bundan əvvəl Azərbaycan jurnalistlərinin VII qurultayı keçirildi və bu qurultayda Prezident İlham Əliyevin təbrik məktubunu səsləndirdim. Bu təbrik məktubunda Mətbuat Şurasının fəaliyyətinə çox yüksək qiymət verilib. Məktubda Azərbaycan cəmiyyətində media-dövlət, media-vətəndaş münasibətlərinin formalaşmasında, media mənsubları ilə ayrı-ayrı subyektlər arasındakı münasibətlərin sivil normalarının bərqərar olmasında Mətbuat Şurasının rolu qeyd edilib. Ötən müddətdə mətbuatın özünütənzimləmə mexanizminin, o cümlədən jurnalistlərin əxlaq kodeksinin yaradılması və media nümayəndələri arasında təbliği işində Mətbuat Şurasının fəaliyyətinə yüksək qiymət verilib. Mətbuat Şurasının fəaliyyətinə Ulu öndər Heydər Əliyev də yüksək qiymət vermişdi”.
Prezidentin köməkçisi vurğulayıb ki, Mətbuat Şurası cəmiyyətimizdə, jurnalist ictimaiyyətində, bu quruma müraciət edən ayrı-ayrı vətəndaşlar arasında, həmçinin dövlət qurumları arasında nüfuz qazanıb. İnanırıq ki, Mətbuat Şurası fəaliyyətini getdikcə daha da möhkəmləndirəcək.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Şura son 15 ildə Azərbaycanda söz və fikir azadlığının inkişafında böyük rol oynayıb. Mətbuat Şurası 15 il bundan əvvəl 250-yə yaxın kütləvi informasiya vasitəsi, jurnalist təşkilatı tərəfindən təsis edilib. Yarandığı gündən indiyədək Şuraya 12 mindən çox şikayətin daxil olduğunu vurğulayan Ə.Amaşov qeyd edib ki, Şura bütün bu şikayətləri araşdırıb və lazımi qiymət verilib. Azərbaycan dövləti Mətbuat Şurasına daim dəstək verib. Dövlətimiz Şuranın kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı təkliflərini dəstəkləyib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib ki, Mətbuat Şurası 15 il ərzində böyük inkişaf yolu keçib. BMT Azərbaycanda müstəqil medianın inkişafında maraqlıdır. Biz Mətbuat Şurası ilə əməkdaşlıq edirik. Bu əməkdaşlıq çərçivəsində azərbaycanlı jurnalistlərə təlimlər keçiriləcək.
Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyes qeyd edib ki, Mətbuat Şurası yarandığı gündən bizim qurumla sıx əməkdaşlıq edir. Mətbuat Şurası bizim uğurlu tərəfdaşımızdır.
Professor Şirməmməd Hüseynov çıxışında Azərbaycan mətbuatının tarixindən danışıb. Ölkəmizdə mətbuata xüsusi dövlət qayğısının olduğunu deyən Ş.Hüseynov məhz həmin qayğının nəticəsində bu sahədə xeyli nailiyyətlərin qazanıldığını vurğulayıb. O, Mətbuat Şurasının 15 illik fəaliyyətinin təqdirəlayiq olduğunu bildirərək əminliyini ifadə edib ki, mətbuat sahəsində uğurlarımız davamlı olacaq.
Sonra Azərbaycan Mətbuat Şurasının 15 illik fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.
Daha sonra Azərbaycan jurnalistikasında xüsusi xidmətləri olan bir qrup şəxsə ali media mükafatı təqdim edilib.
Tədbir konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48

