Anadolu agentliyinin və TRT telekanalının rəhbərləri AZƏRTAC-da olublar
15.03.2018 [10:20]
Şenol Kazancı: AZƏRTAC-ın timsalında Azərbaycanın iki böyük beynəlxalq media qurumuna sədrlik etməsi bizim üçün qürurvericidir
Türkiyənin Anadolu agentliyinin baş direktoru Şenol Kazancı və TRT telekanalının rəhbəri İbrahim Eren AZƏRTAC-da olublar.
AZƏRTAC-ın baş direktoru Aslan Aslanov ilə keçirilən görüşdə Azərbaycan-Türkiyə arasında bütün istiqamətlərdə, o cümlədən media sahəsində əlaqələrin yüksək səviyyədə olduğu bildirilib. Qeyd olunub ki, AZƏRTAC və Anadolu uzun illərdir həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirlər. Hazırda AZƏRTAC-ın eyni vaxtda Dünya Xəbər Agentlikləri Konqresinə və Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına sədrlik etdiyini diqqətə çatdıran baş direktor Anadolu-nun daim AZƏRTAC-a dəstək verdiyini, iki agentliyin səmərəli informasiya mübadiləsi apardığını vurğulayıb. Görüşdə türkdilli agentliklərin bu təşkilatlarda fəaliyyətinin genişləndirilməsi, eyni zamanda, hazırda AZƏRTAC-ın sədri olduğu Türkdilli İnformasiya Agentlikləri Birliyinin növbəti iclasının toplanması ilə bağlı məsələlər nəzərdən keçirilib.
Anadolu agentliyinin baş direktoru Şenol Kazancı iki qardaş ölkənin hər zaman bir-birinin yanında olduğunu, Türkiyə və Azərbaycan arasında əlaqələrin nümunəvi yaxınlığı ilə seçildiyini qeyd edib. “AZƏRTAC-ın timsalında Azərbaycanın iki böyük beynəlxalq media qurumuna sədrlik etməsi bizim üçün qürurvericidir”, - deyən Ş.Kazancı Anadolu-nun bundan sonra da AZƏRTAC-ın təşəbbüslərinə dəstək verəcəyini bildirib.
TRT-nin Azərbaycandakı təmsilçiliyinin uzun illərdir uğurla fəaliyyət göstərdiyini deyən telekanalın baş direktoru İbrahim Eren rəhbəri olduğu media qurumunun iki ölkə arasındakı əlaqələrə, Azərbaycanın bütün sahələrdə uğurlarının işıqlandırılmasına böyük diqqət ayırdığını söyləyib.
Görüşdə, həmçinin Anadolu agentliyinin və TRT-nin Bakı nümayəndəliklərinin rəhbərləri Tolqa Özgənc və Murat Akkoç iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19

