/ / Birinci vitse-prezident Mehriban Əliyeva Yaponiya Baş nazirinin xarici siyasət məsələləri üzrə müşaviri ilə görüşüb
Birinci vitse-prezident Mehriban Əliyeva Yaponiya Baş nazirinin xarici siyasət məsələləri üzrə müşaviri ilə görüşüb
10.03.2018 [01:07]
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 9-da Yaponiya Baş nazirinin xarici siyasət məsələləri üzrə müşaviri Tomohiko Taniguçi ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Yaponiya Baş nazirinin xarici siyasət məsələləri üzrə müşaviri Tomohiko Taniguçinin ölkəmizə səfərinin ikitərəfli əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Keçən il Azərbaycan ilə Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edildiyini deyən Birinci vitse-prezident ölkələrimiz arasında bütün sahələrdə dostluq və qarşılıqlı marağa əsaslanan əməkdaşlığın mövcud olduğunu vurğulayıb. Azərbaycanın və Yaponiyanın iqtisadi, siyasi və humanitar sahələrdə əməkdaşlığı uğurla inkişaf etdirdiklərini bildirən Mehriban Əliyeva bu sahələrdə böyük potensialın olduğunu deyib, Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyətini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.
Energetika sahəsində çox uğurlu əməkdaşlıq aparıldığını deyən Mehriban Əliyeva Yaponiyanın iki böyük şirkətinin - “IMPEX” və “ITOCHU” şirkətlərinin uzun illərdir ölkəmizdə səmərəli fəaliyyət göstərdiyini və “Azəri-Çıraq-Günəşli” neft yataqlarının işlənilməsində fəal iştirak etdiyini vurğulayıb. Azərbaycanın Birinci vitse-prezidenti bildirib ki, dünyanın ən inkişaf etmiş iqtisadiyyatlarından birinə malik olan Yaponiyanın informasiya, inşaat texnologiyaları və nəqliyyat sahələrindəki təcrübəsi böyük maraq doğurur.
Mehriban Əliyeva siyasi, iqtisadi sahələrdə uğurlu əməkdaşlıq əlaqələrini vurğulayaraq humanitar sahədə münasibətlərin daha da genişləndirilməsinin vacibliyini bildirib, xalqlarımızın bir-birini daha yaxşı tanıması üçün bu sahənin əhəmiyyətini qeyd edib. “Mədəniyyət sahəsində daha sıx əməkdaşlıq əlaqələrimizin daha da genişlənməsinə xidmət edəcək”, - deyən Birinci vitse-prezident qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin əhəmiyyətindən danışıb. Turizmin inkişafının ölkəmiz üçün prioritet olduğunu deyən Mehriban Əliyeva bildirib ki, Azərbaycan yeni istiqamət kimi Yaponiya turistləri üçün də maraqlı ola bilər. Təhsil sahəsində əməkdaşlıqdan danışan Mehriban Əliyeva Yaponiyanın ali məktəblərində 20 azərbaycanlı tələbənin oxuduğunu, Azərbaycanın ADA və Yaponiyanın Osaka universitetləri arasında Anlaşma Memorandumunun imzalandığını bu sahədə uğurlu əməkdaşlıq kimi dəyərləndirib.
Yaponiya Baş nazirinin xarici siyasət məsələləri üzrə müşaviri Tomohiko Taniguçi ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu deyib. O, Yaponiya üçün Azərbaycanla münasibətlərin önəmli olduğunu qeyd edib. Son illərdə ölkələrimiz arasında geniş əməkdaşlığın qurulduğunu və bu əlaqələrin bir çox sahələri əhatə etdiyini deyən qonaq energetika sahəsindəki əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Tomohiko Taniguçi ölkəmizə səfəri zamanı Azərbaycan haqqında bir çox məlumatlar əldə etdiyini də diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxSiyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08

