Mark Hauptman: Azərbaycan Almaniya üçün Qafqazda ən mühüm iqtisadi tərəfdaşdır
07.03.2018 [09:48]
Bundestaqın deputatı Mark Hauptman (CDU-Xristian Demokratlar İttifaqı) Azərbaycan səfirliyi və Alman-Atlantika Cəmiyyəti tərəfindən dəvət edildiyi Cənubi Qafqazda sabitlik və təhlükəsizlik məsələlərinə həsr olunmuş 6-cı simpoziumda çıxış edib.
AZƏRTAC xəbər verir ki, Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ regionundakı vəziyyəti xatırladan azərbaycanlı nümayəndələr Almaniyanın bu münaqişənin sülh yolu ilə həllinə cəhdlər göstərməsindən məmnunluqlarını ifadə ediblər.
M.Hauptman fraksiyadan olan həmkarı Yoaxim Pfayfer ilə birgə sözügedən məsələ ilə bağlı bildirib ki, hazırkı beynəlxalq nizama görə dövlət sərhədlərinin zorakı və beynəlxalq hüquqa zidd şəkildə yenidən çəkilməsi tamamilə yolverilməzdir. O deyib: “Dağlıq Qarabağ münaqişəsi ilə daha yaxından məşğul olsaq yaxşı olardı. Belə ki, bu münaqişə nəinki çoxsaylı insan itkisinə və qeyri-sabitliyə səbəb olur, eləcə də regionun iqtisadi inkişafını ləngidir”.
Simpoziumda təhlükəsizlik məsələləri ilə yanaşı, iki ölkə arasındakı iqtisadi münasibətlər də müzakirə mövzusu olub. Vurğulanıb ki, Azərbaycan Almaniya üçün Qafqazda ən mühüm iqtisadi tərəfdaşdır. Enerji sahəsindəki vacib əməkdaşlıqdan əlavə, müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsi sahəsində də geniş potensial mövcuddur. “Almaniya burada xüsusilə kiçik və orta müəssisələri dəstəkləməlidir ki, onlar beynəlmiləlləşmədə öz şanslarından istifadə edə bilsinlər. Federal İqtisadiyyat Nazirliyi uzun müddətdən sonra yenidən CDU-nun rəhbərliyinə keçdiyi üçün bu məsələdə münbit şəraitin yaradılması imkanlarından daha yaxşı istifadə olunmasını əlverişli fürsət kimi görürəm”, - deyə Bundestaqın İqtisadiyyat və Enerji Komitəsinin üzvü M.Hauptman bildirib.
Deputat sonda bu il keçirilməsi planlaşdırılan Almaniya-Azərbaycan İqtisadi Dialoqundan söhbət açıb. Bildirib ki, Azərbaycan səfirliyi ilə birgə keçirilməsi nəzərdə tutulan bu tədbir iki ölkə arasındakı əməkdaşlığı yalnız nəzəri cəhətdən deyil, eləcə də konkret şəkildə inkişaf etdirməlidir. Sözügedən tədbir Almaniya və Azərbaycan şirkətlərinə birbaşa dialoqa girmək və eyni zamanda, parlament, nazirliklər və diplomatiyanı təmsil edən qərarverici şəxslərlə bir araya gəlmək üçün imkanlar yaratmalıdır.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53

