“The Daily Caller”: Azərbaycan yeni İpək Yolu boyunca Amerikanın mühüm müttəfiqidir
21.02.2018 [10:06]
Amerikanın “The Daily Caller” nəşrində İsrailin aparıcı analitik mərkəzinin beynəlxalq kommunikasiyalar üzrə direktoru və bu mərkəzin sabiq beynəlxalq müxbiri Maayan Hoffmanın “Azərbaycan yeni İpək Yolu boyunca Amerikanın mühüm müttəfiqidir” sərlövhəli məqaləsi dərc edilib. Müəllif yazır ki, siyasi dairələrdə Azərbaycan həm həyati əhəmiyyətli enerji ehtiyatlarının təchizatçısı, həm də Çin ilə Avropa arasında və Avropanın hüdudlarından kənarda ticarətin artmasına şərait yaradan yeni İpək Yolu üzərində əsas paylaşdırıcı məntəqə kimi geosiyasi əhəmiyyətli dövlət hesab edilir.
M.Hoffman qeyd edir ki, Azərbaycanın nadir coğrafi mövqeyi həm insanların ünsiyyəti, həm də əmtəələrin, məhsulların və xidmətlərin qarşılıqlı əlaqəsi üçün çox əlverişlidir. Azərbaycan həm Rusiya, həm də İran ilə həmsərhəd olan yeganə ölkədir. Müəllif iki ölkə arasında daha sıx tərəfdaşlığın zəruri olmasından söhbət açaraq yazır ki, Birləşmiş Ştatlar Azərbaycan üçün ideal tərəfdaşdır. Bu baxımdan, ABŞ-ın da Bakı ilə ciddi tərəfdaşlığa marağı qarşılıqlı olmalıdır.
Müəllif vurğulayır ki, Azərbaycanı dəstəkləmək və müdafiə etmək Amerikanın maraqlarına uyğundur. Lakin bu iki ölkənin yaxınlaşması yolunda müəyyən əngəllər də var. Ekspert qeyd edir ki, bunun əsas səbəbi ABŞ-dakı erməni icmasının çoxsaylı və siyasi cəhətdən “səxavətli” olmasıdır.
Ermənistan kiçik, siyasi və iqtisadi cəhətdən inkişaf etməmiş ölkə olduğuna baxmayaraq, onun vacibliyi digər regional dövlətlərin Ermənistandan istifadə dərəcəsi ilə ölçülür. M.Hoffman yazır ki, Ermənistanın vassal dövlət olması hamıya məlumdur, ondan Qərb ilə bütün regionun inteqrasiyasını zəiflətmək üçün bu regionu dağıtmaq məqsədilə istifadə edilir. Ermənistan başqa ölkənin hərbi bazaları və silahları ilə doludur, onun lideri isə bir dəfə bəyan edib ki, özünün xarici siyasətini regional böyük dövlətin rəhbərliyi ilə “koordinasiya edir”. Müəllif qeyd edir ki, Azərbaycanın Dağlıq Qarabağ regionunda “dondurulmuş” münaqişə Ermənistanın iflasa məhkum olan layihəsidir. Ermənistan Dağlıq Qarabağ regionunu işğal etdiyinə görə mənfəətli regional layihələrdən, o cümlədən yeni İpək Yolu layihəsindən təcrid olunur.
Xəbər lenti
Hamısına baxMaraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28

