Avropa Şurasının Antidopinq Konvensiyasının monitorinq qrupu Milli Məclisdə olub
08.02.2018 [09:59]
Fevralın 7-də Milli Məclisdə Gənclər və idman komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Avropa Şurasının Antidopinq Konvensiyası üzrə monitorinq qrupu ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, komitənin sədri Fuad Muradov idman sahəsində mühüm nailiyyətlərə imza atan, mötəbər beynəlxalq yarışlara ev sahibliyi edən Azərbaycanda antidopinqin vacibliyinin daim diqqətdə saxlanıldığını bildirib.
Qeyd edilib ki, ölkəmiz müvafiq beynəlxalq konvensiyalara qoşulub. Antidopinqlə bağlı milli qanunvericilik bazası yaradılıb, 2016-cı ildə müvafiq qanun qəbul olunub. Dövlət qurumları milli və regional antidopinq təşkilatları ilə sıx əməkdaşlıq şəraitində çalışır, dopinqdən istifadəyə qarşı mübarizədə ciddi addımlar atılır. Bu, idmançıların sağlamlığının qorunması baxımından da olduqca vacibdir.
Görüşdə Ümumdünya Antidopinq Agentliyi üzrə ad-hoc Avropa Komitəsinin (CAHAMA) sədri, Polşanın idman və turizm naziri ofisinin direktor müavini Rafal Piechota antidopinq sahəsində Azərbaycan qanunvericiliyinin müsbət nailiyyətləri olduğunu xüsusi vurğulayıb. O, səfərin məramını açıqlayaraq bildirib ki, burada həyata keçirilən antidopinq proqramları və layihələri ilə tanışlıqdan sonra hesabat hazırlanacaq və Monitorinq qrupunun mayda keçiriləcək iclasına təqdim olunacaq.
Ümumdünya Antidopinq Agentliyinin Milli və Regional Antidopinq Təşkilatları ilə əlaqələri üzrə direktor müavini Tom May qeyd edib ki, müvafiq qanunların qəbul olunaraq həyata keçirilməsində, əməkdaşlıq əlaqələrinin qurulmasında Azərbaycanda rast gəlinən sürət heyranlıq yaradır. Bu baxımdan Azərbaycan digər ölkələrə nümunə ola bilər.
Söhbət zamanı Avropa Şurası İdman Konvensiyaları bölməsinin Antidopinq Konvensiyası üzrə layihə meneceri Liene Kozlovska, deputat Rauf Əliyev fikirlərini bölüşüblər.
Monitorinq qrupu ilə görüşdə Azərbaycandakı antidopinq qanunvericiliyi, siyasəti və mövcud vəziyyət təhlil edilib.
Xəbər lenti
Hamısına baxMaraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15

