/ / Elmar Məmmədyarov: Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Çin və Avropa İttifaqı ölkələrinin nəqliyyat şəbəkələrinin birləşdirilməsinə töhfə verəcək
Elmar Məmmədyarov: Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Çin və Avropa İttifaqı ölkələrinin nəqliyyat şəbəkələrinin birləşdirilməsinə töhfə verəcək
30.01.2018 [10:03]
Avropa Komissiyasının nümayəndə heyəti Xarici İşlər Nazirliyində olub
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololeyin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub, Şərq Tərəfdaşlığının Brüssel Sammitinin ikitərəfli əməkdaşlığın inkişafına təkan verdiyi qeyd olunub. Uzlaşdırma və nəqliyyat sahəsində əməkdaşlığın Avropa İttifaqının Azərbaycan ilə əlaqələrində mühüm rola malik olduğu diqqətə çatdırılıb.
Nazir Elmar Məmmədyarov Azərbaycanın regional nəqliyyat qovşağına və logistika mərkəzinə çevrilməsi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı, region ölkələri ilə nəqliyyat sistemlərinin uzlaşdırılması istiqamətində görülən tədbirlər haqqında məlumat verib. Şərq-Qərb nəqliyyat dəhlizinin vacib infrastruktur komponenti olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin səmərəlilik, vaxt və sürət baxımdan üstünlükləri və Avropa İttifaqının bu layihəyə dəstəyi qeyd olunub. Çin və Avropa İttifaqı ölkələrinin nəqliyyat şəbəkələrinin birləşdirilməsinə töhfə verəcək bu layihənin iqtisadi-ticarət və insanlararası əlaqələrin inkişafına, regional inkişaf və çiçəklənməyə xidmət edəcəyi vurğulanıb. Şimal-Cənub nəqliyyat dəhlizinin Hind Okeanı ilə Şimali Avropa ölkələrinin nəqliyyat sistemlərinin birləşdirilməsi baxımdan əhəmiyyətinə toxunulub. Azərbaycanın Trans-Avropa Nəqliyyat Şəbəkəsinə qoşulması və Avropa İttifaqı ilə tərəfdaşlığa dair yeni saziş layihəsində nəqliyyat məsələlərinə xüsusi yer ayrılmasının nəqliyyat sahəsində ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar vəd etdiyi qeyd olunub.
Görüşdə dəmir yolu infrastrukturunun müasir standartlara uyğunlaşdırılması, yollarda təhlükəsizliyin təmin olunması, Avropa Qafqaz Asiya beynəlxalq nəqliyyat dəhlizi (TRACECA) layihəsinin daha da inkişaf etdirilməsi istiqamətində atıla bilinəcək addımlar ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin aviasiya sahəsində əməkdaşlığa dair saziş üzrə Avropa İttifaqı və Azərbaycan arasında aparılan danışıqlar nəzərdən keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49

