/ / Misir mətbuatı bu ölkənin jurnalistlərinin Azərbaycana səfərinin nəticələrinə dair silsilə yazıları davam etdirir
Misir mətbuatı bu ölkənin jurnalistlərinin Azərbaycana səfərinin nəticələrinə dair silsilə yazıları davam etdirir
21.12.2017 [10:03]
Misir mətbuatı bu ölkənin aparıcı media nümayəndələrinin Azərbaycana səfərinin nəticələri ilə bağlı silsilə məqalələr yaymaqda davam edir.
AZƏRTAC xəbər verir ki, növbəti belə məqalələr Misirin geniş oxucu auditoriyasına malik “Əl-Vatan” və “Əl-Vafd” qəzetlərində dərc olunub.
“Əl-Vatan” qəzetinin baş redaktoru Mahmud Müslim “Azərbaycan... İnkişaf, mədəniyyət, Şərq ənənələri və Qarabağ problemi” adlı geniş məqaləsində Misir nümayəndə heyətinin tərkibində Azərbaycana ilk səfəri zamanı keçirilmiş görüşlərdə əldə etdiyi maraqlı məlumatları oxucularla bölüşür.
Müəllif qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla görüşdə Misir nümayəndə heyətinin üzvləri Azərbaycandakı multikultural və tolerant mühit, burada bütün xalqların, dinlərin nümayəndələri üçün yaradılan rahat şərait, din-dövlət münasibətlərinin sağlam zəmin üzərində qurulması, dövlətin ölkədəki bütün dini məbədlərə dəstək göstərməsi barədə məlumatlandırılıblar. Mübarək Ramazan ayında ölkəmizdə mövcud olan dini konfessiyaların rəhbərlərinin birlikdə iftar süfrəsində iştirak etməsi bunun bariz nümunəsi kimi göstərilib.
“Əl-Vatan” və “Əl-Vafd” qəzetlərində nəşr edilmiş məqalələrdə Bakıda keçirilmiş “İslam həmrəyliyinin gücləndirilməsində medianın rolu” mövzusunda beynəlxalq konfransda səsləndirilmiş fikirlərə də geniş yer verilir. Beynəlxalq Avrasiya Mətbuat Fondunun və İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilmiş, misirli jurnalistlərin də iştirak etdikləri konfransda İslam həmrəyliyinin möhkəmləndirilməsinin önəmindən danışıldığı, terror hadisələrinin, o cümlədən Sinay yarımadasındakı “Ər-Ravda” məscidinə edilmiş terror hücumunun pislənildiyi vurğulanır, bu bəlanın qarşısının alınması üçün birliyin vacibliyi qeyd edilir.
Məqalələrdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Bəhruz Həsənovun, İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Güneyin, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyevin və digərlərinin çıxışlarından sitatlar yer alır. Bildirilir ki, konfransda müsəlman dünyasını narahat edən məsələlərin həllində həmrəyliyin və qarşılıqlı əməkdaşlığın vacibliyi qeyd edilib, bu cür tədbirlərin təşkilinin, aparılan müzakirələrin, media nümayəndələrinin qarşılıqlı səfərlərinin əməkdaşlığa töhfə verəcəyinə, İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının bu istiqamətdə önəmli platformaya çevriləcəyinə əminlik ifadə edilib.
Xəbər lenti
Hamısına baxElm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51

