Ulu öndərin vəfatının ildönümü İspaniyada qeyd olunub
12.12.2017 [10:04]
Dekabrın 11-də Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşkilatçılığı ilə Madrid şəhərində yerləşən Kolon Mərkəzində Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Mərasimdə İspaniyada akkreditə olunmuş bir sıra diplomatik nümayəndəliklərin rəhbərləri, İspaniya parlamentinin, ictimaiyyətinin üzvləri, yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri və Madriddə yaşayan azərbaycanlılar iştirak ediblər.
Tədbir Ulu öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən səfir Anar Məhərrəmov Azərbaycan tarixinin 35 ilinin Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayaraq, məhz bu dövrdə Azərbaycanın hərtərəfli inkişafına qədəm qoyulduğunu bildirib.
Qeyd olunub ki, Heydər Əliyevin vətənpərvərliyi ən çətin anlarda xalqı ilə birlikdə olmasında, vətəndaş müharibəsinin qarşısını almaq üçün həlledici qərarlar qəbul etməsində, erməni silahlı qüvvələri tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən etnik təmizləməyə son qoymasında və ölkədə sabitlik və rifahın bərqərar olunmasında özünü büruzə verib. Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olmasına və 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə baxmayaraq, Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan beynəlxalq siyasi arenada mühüm rol oynayan, dinamik inkişaf etməkdə olan bir dövlətə çevrilib. Xüsusi olaraq vurğulanıb ki, bu gün Ulu öndərin siyasi kursu Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bütün həyatını Azərbaycan xalqına həsr etmiş müdrik rəhbərin əbədi olaraq yaddaşlara həkk olunduğu və Onun əziz xatirəsinin Heydər Əliyev Mərkəzi və Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən çoxsaylı mədəni və humanitar layihələrdə yaşadığı qeyd olunub.
Türkiyənin İspaniyadakı səfiri Ömər Önhon tədbirdə çıxış edərək Heydər Əliyevi tarixi bir şəxsiyyət və Azərbaycanın dövlət müstəqilliyinin təminatçısı kimi dəyərləndirib, Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində Azərbaycanın dünya miqyasında tanındığını və ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin qurulmasında müstəsna rolunu diqqətə çatdırıb.
Tədbirdə Ulu öndərin həyat və fəaliyyətinə həsr edilmiş ispan dilində sənədli film nümayiş olunduqdan sonra dahi bəstəkar Üzeyir Hacıbəylinin “Sənsiz” romansı və “Küçələrə su səpmişəm” Azərbaycan xalq mahnısı İspaniyanın “Joaquin Turina” adına Konservatoriyasının müəllimləri, həmyerlimiz Nigar Əskərovanın pianoda və Antonio Perez Jimenezin fleytada ifası ilə mərasim iştirakçılarına təqdim edilib.
Sonda mərasim iştirakçıları ehsan süfrəsinə dəvət olunublar.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33

