Hikmət Babaoğlu: “Reket” jurnalistikasına qarşı bir neçə mübarizə metodları var
17.11.2017 [10:13]
“Jurnalistika daim inkişafda olan, cilalanan sahədir. Çünki intellektin, yaradıcılığın sonu yoxdur və bu proses hansı cəmiyyətdə sürətlə gedirsə, o cəmiyyətdə inkişaf müşahidə olunur”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
O bildirib ki, jurnalistika, mətbuat hər bir dövlətin intellektual brendlərindən biri hesab olunur: “Jurnalistika cəmiyyəti fikir istehsalı ilə təmin edir. Jurnalistika cəmiyyətdə ictimai münasibətləri yaratmaqla yanaşı, kütləvi maarifləndirmənin keyfiyyətini müəyyənləşdirir. Çünki mətbuatın cəmiyyətə təqdim etdiyi intellektual məhsullar cəmiyyət tərəfindən mənimsənilir, ayrı-ayrı fərdlərin düşüncələrində, davranışlarında, dünya görüşlərində yeni keyfiyyət dəyişikliyi yarada bilir. Biz arzu edirik ki, jurnalistika sözü ilə “reket” sözü bir arada işlənilməsin və ən qısa müddətdə Azərbaycan jurnalistikasının keçmişi hesab olunsun. Bu istiqamətdə işlər aparılır”.
Baş redaktorun sözlərinə görə, “reket” jurnalistikasına qarşı bir neçə mübarizə metodları var və hazırkı mərhələdə Azərbaycan ən effektiv metod olan onların ictimai qınaq və ictimai institutlar vasitəsilə cəzalandırılmasından istifadə edir: “Əslində, Azərbaycanda “reket” jurnalistikasının sıradan çıxarılması üçün çox böyük yol qət edilib. Belə jurnalistika 1990-cı illərin əvvəllərində Azərbaycanda xaos mühiti yaradılan zaman meydana çıxıb. Çox təəssüf ki, hələ də o dövrün fəsadlarından əziyyət çəkirik. Amma hər halda, görünür, belə bir məsələ bütövlükdə jurnalistikanın xarakterində var. Bəzən bizim transmilli media kimi səciyyələndirdiyimiz jurnalistikanın davranışlarında da buna bənzər elementlər hiss edirik. Hətta ən nüfuzlu media orqanları tərəfindən buna bənzər addımlar atılır. Misal üçün, dövlət başçıları şantaj edilir, liderlər və ya ayrı-ayrı dövlətlər haqqında böhtan xarakterli yazılar yazırlar. Düzdür, buradakı münasibətlərdən əldə olunan dividendlər maddi olmasa da, hər halda, bu cür yazılar siyasi dividendlərin əldə olunmasına hesablanıb. Belə olan halda, görünür, biz bundan tam şəkildə xilas ola bilməyəcəyik”.
“Reket” jurnalistlərə qarşı cəzaların sərtləşdirilməsi məsələsinə gəlincə, Milli Məclisin deputatı bildirib ki, əgər hüquq pozuntusu varsa, orada cəza mexanizmi tətbiq olunmalıdır və bu, hər bir dövlətin başlıca funksiyasından biridir: “Azərbaycanda da insan hüquqlarının müdafiəsi istiqamətində bir sıra qanunlar qəbul edilib. Onların təmin olunması ilə əlaqədar hüquq sistemi işlək mexanizmə sahibdir. Eyni zamanda, Azərbaycan Prezidentinin hüquq sistemi ilə bağlı müəyyənləşdirdiyi siyasət cəza hüququnun humanistləşdirilməsinə söykənib. Bildiyiniz kimi, bu yaxınlarda bununla bağlı xüsusi addımlar atıldı. Bu baxımdan düşünürəm ki, islah etmək sonuncu cəza olaraq nəzərdən keçirilə bilər. Amma hər halda, cəmiyyət özü elə insanlar yetişdirməlidir ki, onların özü belə münasibətləri könüllü surətdə rədd etsinlər. Bu, bir qədər uzunmüddətli olsa da, ən effektiv prosesdir”.
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

