Azərbaycanla Rumıniya arasında əlaqələr yüksək səviyyədədir
06.08.2009 [01:46]
Dünən Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov partiyanın mənzil-qərargahında ölkəmizdə səfərdə olan Ruminiyanın Buxarest şəhərinin II sektorunun meri Nikolay Ontsyanunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Əli Əhmədov Azərbaycan və Rumıniya arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirərək qeyd edib ki, iki dövlət arasında əlaqələr hər zaman inkişaf etməkdədir. Nikolay Ontsyanunun Azərbaycan xalqının dostu olduğunu deyən, YAP Sədrinin müavini onun 3 il bundan əvvəl də ölkəmizə səfər etdiyini xatırladıb. Əli Əhmədov vurğulayıb ki, Azərbaycanla Rumıniya arasında dostluğun möhkəmlənməsində Nikolay Ontsyanu öz töhfələrini verib. Bütün bunlar isə, Azərbaycan Prezidenti və xalqımız tərəfindən yüksək qiymətləndirilir. YAP Sədrinin müavini əmin olduğunu deyib ki, bu səfər xalqlarımız arasında dostluğun daha da möhkəmlənməsinə xidmət edəcək.
Azərbaycana növbəti dəfə səfər etməkdən məmnun olduğunu deyən Buxarest şəhərinin II sektorunun meri Nikolay Ontsyanu Rumıniya və Azərbaycanın əməkdaşlığının daim möhkəmləndiyini bildirib. O qeyd edib ki, xalqlarımız arasında dostluğun inkişaf etməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük xidmətləri olub. “Biz fəxr edirik ki, Türkiyədən sonra Azərbaycanın müstəqilliyini ilk tanıyan Ruminiya dövləti olub” deyən Nikolay Ontsyanu müstəqil Azərbaycanın inkişafında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini xüsusilə qeyd edib. Onun sözlərinə görə, xalqlarımız arasında dostluq münasibətlərinin inkişafında Heydər Əliyevin xidmətləri rumin xalqı tərəfindən heç vaxt unudulmayacaq. Məhz bu səbəbdəndir ki, Buxarest şəhərində Heydər Əliyev adına park yaradılıb və orada Onun abidəsi ucaldılıb. Qonaq vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev də əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti uğurla davam etdirir.
Hazırda, Avropanın iqtisadi böhran şəraitində olduğunu deyən Nikolay Ontsyanu Avropa ölkələrinin inkişafının dayandığını vurğulayıb. O, qeyd edib ki, hazırda bu böhrandan çıxış yolları axtarılır. Dünya iqtisadi böhranı şəraitində Azərbaycanın inkişaf etdiyini deyən qonağın fikrincə, Azərbaycanın bu yöndə təcrübəsi digər dövlətlər üçün nümunə ola bilər. Qonaq ötən 3 illə müqayisədə Bakı şəhərinin xeyli inkişaf etdiyini, gözəlləşdiyini bildirib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59

