Bakıda Qlobal Gənc Liderlər Forumu başa çatıb
24.08.2017 [09:54]
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumu avqustun 23-də işini başa çatdırıb.
AZƏRTAC xəbər verir ki, Forumun bağlanış mərasimində çıxış edən NGBM-in həmsədri, Dünya Bankının keçmiş vitse-prezidenti İsmail Serageldin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ənənəvi olaraq dünyanın tanınmış ictimai-siyasi xadimlərinin, o cümlədən sabiq prezidentlərin iştirakı ilə mühüm mövzuların müzakirə olunduğu beynəlxalq forum, konfrans və digər tədbirlər təşkil etdiyini bildirib. Qeyd edib ki, Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumu gələcəyin liderlərinin ideya və təşəbbüslərinin öyrənilməsi, onlar arasında əməkdaşlığın gücləndirilməsi və nüfuzlu ictimai-siyasi xadimlərin zəngin təcrübələrindən bəhrələnmək imkanı baxımından mühüm əhəmiyyət daşıyır. Dünyanın müxtəlif ölkələrindən olan gənc liderlər nəsillərarası dialoq imkanından bəhrələnərək, beynəlxalq sülhün və əməkdaşlığın inkişafına mühüm töhfə verən bu yaxşı imkandan səmərəli istifadə edərək maraqlı müzakirələr aparıblar.
İ.Serageldin Qlobal Gənc Liderlər Forumunun yüksək səviyyədə təşkil edilməsinə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə fəal dəstəyinə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib.
Sonda Forum iştirakçıları xatirə şəkli çəkdiriblər.
Bununla da Qlobal Gənc Liderlər Forumuna yekun vurulub.
Qeyd edək ki, avqustun 21-də işə başlayan Foruma dünyanın 80-dək aparıcı gənc lider və tədqiqatçısı qatılıb. Həmçinin Şvarzman, Rodos, Fulbrayt, Marşal, Truman, Mitcel, Geyts kimi nüfuzlu proqramlar tədbirdə təmsil olunub.
Harvard, Oksford, Kaliforniya, Monpelye, London İqtisadi və Siyasi Elmlər Məktəbi, Toronto, Tsinxua, Leypsiq, Corctaun, Corc Vaşinqton, Sarbon, Sapienza, Con Hopkins, Pekin, Prinston, Kornell, Yel, Stanford, Braun, Kolumbiya, Liverpul, Paris İqtisadiyyat Məktəbi, Çikaqo, Notr Dam, Miçiqan, Rotterdam, Barselona universitetləri kimi nüfuzlu ali təhsil ocaqlarının nümayəndələri, habelə bir sıra gənc iş adamları da bu mühüm tədbirdə iştirak ediblər. Bundan başqa, Foruma bəzi ölkələrin sabiq dövlət və hökumət başçıları, nüfuzlu ictimai xadimlər, habelə iri korporasiyaların rəhbərlərindən ibarət 20-yə yaxın ali səviyyəli qonaq da qatılıb.
Forumda liderliyin fərdi qiymətləndirilməsi, müasir dövrün ehtiyac duyduğu liderlik formaları, qadın və kişi liderliyi arasındakı fərqlər, həmçinin liderliyin daxili və xarici hüdudları müzakirə olunub, debatlar təşkil edilib. Tədbir iştirakçıları “Mənə görə liderlik nədir?”, “Liderliyi necə öyrənmək olar?”, “Qadın və kişilər fərqli şəkildə liderlik edirlərmi?”, “Mədəniyyətlər fərqli yol göstərir?” kimi suallar ətrafında fikir mübadiləsi aparıblar.
Qlobal Gənc Liderlər Forumu gənc liderləri sabiq və indiki dövlət başçıları ilə əlaqələndirən, liderliyin bir çox meyarlarını tədqiq edən yeni platformadır.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

