Naxçıvan şəhərinin Əziz Əliyev prospekti yenidən qurulub
10.03.2017 [09:50]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 18 noyabr tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasında Tədbirlər Planı təsdiq olunub. Tədbirlər Planına əsasən Naxçıvan şəhərinin Əziz Əliyev prospektində yenidənqurma işləri aparılıb, yeni istirahət parkı salınıb və kafe fəaliyyətə başlayıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, martın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov parkın və kafenin açılışını bildirən lenti kəsib, həyata keçirilən tikinti işləri ilə maraqlanıb.
Məlumat verilib ki, Əziz Əliyev prospektindəki avtomobil yolunun hərəkət hissəsi genişləndirilib, yola yeni asfalt döşənib, ərazidə istirahət parkı salınaraq abadlıq və yaşıllaşdırma işləri görülüb. Parkda 2 fəvvarə tikilib, müasir işıqlandırma sistemi quraşdırılıb, oturacaqlar qoyulub, yeni kafe fəaliyyətə başlayıb. Kafedə 6 nəfər işlə təmin olunub.
Yenidənqurma işləri ilə əlaqədar evləri plana düşən iki vətəndaş üçün yeni fərdi ev tikilib.
Ali Məclisin Sədri kafedə yaradılan şəraitlə tanış olub, yerli məhsullardan istifadə olunması və keyfiyyətli xidmət göstərilməsi ilə bağlı tapşırıqlar verib.
Naxçıvan şəhərində yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb
Muxtar respublikada əlverişli biznes və investisiya mühitinin yaradılması özəl sektorun inkişafı üçün geniş imkanlar açıb. Hər il muxtar respublikada yeni istehsal və xidmət sahələri yaradılır, əhalinin məşğulluğu təmin olunur.
Martın 8-də Naxçıvan şəhərinin Əziz Əliyev prospektində “Danyeri” istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov istehsal və xidmət sahəsinin açılışını bildirən lenti kəsib.
Müəssisənin əməkdaşı Nihad Dadaşov çıxış edərək deyib ki, muxtar respublikada sahibkarlığın inkişafı sahəsində ardıcıl tədbirlər görülür. Qeyri-məşğul əhalinin işlə təminatı diqqət mərkəzində saxlanılır. Bunun nəticəsidir ki, hər il Naxçıvanda müasir texnologiyalara əsaslanan yeni istehsal və xidmət sahələri yaradılır, minlərlə insan işlə təmin olunur. Bu gün istifadəyə verilən “Danyeri” istehsal və xidmət sahəsi də sahibkarlığın inkişafına göstərilən qayğının daha bir ifadəsidir. Nihad Dadaşov yeni işlə təmin olunanlar adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərinin Əziz Əliyev prospektində yeni parkın və xidmət sahələrinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, bu işdə əməyi olanlara təşəkkürünü bildirərək deyib: “Azərbaycan inkişaf edərək dünya dövlətləri sırasında öz layiqli yerini tutmuşdur. Bu gün ölkəmizdə bütün sahələr inkişaf etdirilir. Çünki Ümummilli liderimiz Heydər Əliyevin siyasi xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, dövlət öz vətəndaşına qayğı göstərir, ölkəmizdə sabitlik və dövlət-xalq birliyi vardır”.
Ali Məclisin Sədri bildirib: “Bu gün istifadəyə verilən yeni parkın və xidmət sahəsinin yerləşdiyi ərazi vaxtilə Naxçıvan şəhərinin yararsız yerlərindən biri idi. Lakin aparılan quruculuq işlərindən sonra ərazi bu gün Naxçıvan şəhərinin ən abad küçələrindən birinə çevrilmişdir. Ölkəmizdə sahibkarlar üçün yaradılan şərait və göstərilən dəstək yeni xidmət və istehsal sahələrinin yaradılmasına imkan verir. Müəssisədə həm məhsul istehsal olunur, həm də əhaliyə iaşə və ticarət xidməti göstərilir. Bu işlərin həyata keçirilməsi bir tərəfdən əhalinin asudə vaxtının səmərəli təşkili və turizmin inkişafına xidmət edirsə, digər tərəfdən isə yeni iş yerlərinin açılmasına və gənclərin məşğulluğunun təmin olunmasına hesablanıb. Ona görə də işçilər öz üzərilərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməli, yaradılan şəraitdən səmərəli istifadə etməli, tikilənlər, qurulanlar qorunub saxlanılmalı, istehsal olunan və satışa çıxarılan məhsulların keyfiyyəti diqqətdə saxlanılmalı, sakinlərə və turistlərə nümunəvi xidmət göstərilməlidir”.
Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında kollektivə uğurlar arzulayıb, tədbirdə iştirak edən qadınları və onların timsalında muxtar respublika qadınlarını 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.
Xidmət və istehsal sahələrinə baxış zamanı bildirilib ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada gündəlik istehsal gücü 500 kiloqram olan dondurma, istehsal gücü saatda 800 ədəd milli çörək və istehsal gücü saatda 80 kiloqram olan unlu-qənnadı sahələri, 40 və 96 yerlik iki kafe, 114 yerlik restoran, uşaqlar üçün zal, ixtisaslaşmış mağaza, mebel salonu, 2 ədəd soyuducu kamera, xammal və hazır məhsul anbarları, iş və xidməti otaqlar vardır. Binada lift quraşdırılıb, təhlükəsizlik tədbirləri görülüb. İstehsal və xidmət sahəsində 62 nəfər işlə təmin olunub.
İstehsal sahələrində bazarın tələbatına uyğun keyfiyyətli və rəqabətədavamlı məhsul istehsal olunur, təmizliyə və gigiyenik qaydalara tam əməl olunur. Məhsullar “Danyeri” əmtəə nişanı ilə muxtar respublikadakı ticarət mərkəzlərində satışa çıxarılır. Mağazada ərzaq məhsullarının və gündəlik tələbat mallarının satışı həyata keçirilir. Burada muxtar respublikada istehsal olunan məhsullarla yanaşı, xarici ölkələrdə istehsal edilən və mənşə sertifikatı olan məhsullar da satışa çıxarılır. Xidmət sahələrində insanların rahatlığı tam nəzərə alınıb. Mebel salonunda isə muxtar respublikada və başqa ölkələrdə istehsal olunan müxtəlif növ keyfiyyətli mebel dəstləri alıcılara təklif olunur.
Ali Məclisin Sədri muxtar respublikada daxili bazarın tənzimlənməsi sahəsində tədbirlərin görüldüyünü diqqətə çatdırıb, istehsal və xidmət sahəsində keyfiyyətə diqqət yetirilməsinin və tələbata uyğun məhsul istehsal olunmasının vacibliyini bildirib.
Naxçıvan şəhərində yeni istehsal və xidmət sahəsinin yaradılması, parkın istifadəyə verilməsi sakinlərlə yanaşı, turistlərin də istirahətinin mənalı təşkilinə imkan verəcəkdir.
Xəbər lenti
Hamısına baxSosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18

