/ / Baş nazirin müavini Əli Əhmədov Yevlaxda və Mingəçevirdə icbari tibbi sığortanın tətbiqinə dair pilot layihələrin həyata keçirilməsi işləri ilə tanış olub
Baş nazirin müavini Əli Əhmədov Yevlaxda və Mingəçevirdə icbari tibbi sığortanın tətbiqinə dair pilot layihələrin həyata keçirilməsi işləri ilə tanış olub
18.01.2017 [10:00]
Əli Əhmədov: Yevlax və Mingəçevirdə icbari tibbi sığortanın tətbiqinə dair pilot layihəsinin həyata keçirilməsi üçün lazımi şərait yaradılıb
Məlum olduğu kimi, Azərbaycanın davamlı inkişafının təmin edilməsi və bu inkişafın daha da gücləndirilməsi məqsədi ilə ölkə rəhbərliyi tərəfindən mühüm islahatlar həyata keçirilir. Bu islahatlar bir çox sahələri əhatə etməkdədir. Həyata keçirilən tədbirlər sırasında əhalinin sosial rifahının daha da yüksəlməsi, ölkə vətəndaşlarının sağlamlığının qorunması xüsusilə diqqət mərkəzindədir. Bir sözlə, sosial sahənin inkişafı və əhalinin sosial rifah halının yüksəldilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Digər sosial sahələrlə yanaşı, səhiyyə sahəsində və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin davamlı artırılması istiqamətində də islahatlar aparılır.
Ümumiyyətlə, son illər Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən biridir. Mühüm Dövlət proqramlarının həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, vətəndaşların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu sahədə dövlət siyasətinin prioritetlərini təşkil edir. O cümlədən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi də ciddi sosial təşəbbüs kimi vətəndaşların məmnuniyyəti ilə qarşılanır. Xüsusi olaraq qeyd edilməlidir ki, ölkəmizdə icbari tibbi sığortanın tətbiqi istiqamətində də hökumət müvafiq qərarlar qəbul edib. Ölkəmizdə icbari tibbi sığortanın tətbiqi və səhiyyənin maliyyələşmə sisteminin təkmilləşdirilməsi də səhiyyə sahəsində aparılan islahatların məntiqi davamıdır. Qeyd edək ki, icbari tibbi sığortanın tətbiqi məqsədilə Prezident İlham Əliyev “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzalayıb.
Hazırda bu Fərmandan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində tədbirlər görülməkdədir. Belə ki, yanvarın 17-də Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov Yevlax rayonuna və Mingəçevir şəhərinə səfər edib, bu ərazilərdə icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi üzrə görülən işlərlə tanış olub. Baş nazirin müavini Əli Əhmədov, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev, Milli Məclisin deputatı İlham Məmmədov və Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov əvvəlcə Yevlax şəhərinin mərkəzi meydanında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül dəstələri qoyublar.
Baş nazirin müavini Əli Əhmədov sonra Yevlax şəhər Mərkəzi Xəstəxanasına yeni gətirilən tibbi avadanlıqlarla tanış olub, eyni zamanda, rayonun səhiyyə işçiləri ilə görüş keçirib.
Görüşdən öncə jurnalistlərə açıqlama verən Baş nazirin müavini deyib ki, Prezidentin Sərəncamı ilə ölkəmizin iki bölgəsində - Yevlax rayonunda və Mingəçevir şəhərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihələr reallaşdırılacaq: “Azərbaycanda icbari tibbi sığorta modeli Yevlax və Mingəçevirin timsalında sınaqdan keçiriləcək. Bir il ərzində bu modelin yoxlanması nəzərdə tutulub. Yevlax və Mingəçevirdə icbari tibbi sığortanın tətbiqinə dair pilot layihəsinin həyata keçirilməsi üçün lazımi şərait yaradılıb, müvafiq qurumlar qarşısında konkret vəzifələr müəyyənləşdirilib. Daha sonra bu, bütün respublika ərazisində tətbiq ediləcək. Güman edirəm ki, bu model olduqca uğurlu modeldir, çünki burada dünya praktikası geniş təhlil olunaraq nəzərə alınıb”.
Baş nazirin müavini Əli Əhmədov səhiyyə işçiləri ilə görüşü zamanı isə diqqətə çatdırıb ki, Yevlaxın və Mingəçevirin pilot ərazi olaraq seçilməsi təsadüfi deyil. Belə ki, həm Yevlaxda, həm də Mingəçevirdə Prezidentin tapşırığına əsasən həyata keçirilən tədbirlər nəticəsində səhiyyə infrastrukturu xeyli dərəcədə yaxşılaşdırılıb: “Bu bölgələrdə yeni xəstəxanalar tikilib, lazımi infrastruktur işləri həyata keçirilib. İndi isə qarşımızda duran məqsəd icbari tibbi sığortanın tətbiq olunmasıdır”.
Bütün dünyada səhiyyənin icbari tibbi sığorta əsasında maliyyələşdiyini deyən Baş nazirin müavini qeyd edib ki, bu, səhiyyənin maliyyələşməsinin yeni, müasir formasıdır. Bunu həyata keçirməkdə məqsəd əhalinin tibbi xidmətlərə əlçatanlığını təmin etmək və səhiyyə xidmətlərinin keyfiyyətini yaxşılaşdırmaqdır.
Baş nazirin müavini Əli Əhmədov dövlətin səhiyyəyə ayırdığı vəsaitlərdən səmərəli istifadə edilməsində icbari tibbi sığortanın əhəmiyyətini diqqətə çatdırıb. O bildirib ki, dövlət tərəfindən səhiyyənin maliyyələşməsi üçün əhəmiyyətli vəsait ayrılıb: “Səhiyyənin maliyyələşməsinin yeni formasını tətbiq etməklə bu vəsaitlərdən daha səmərəli istifadə olunmasına çalışırıq. İstəyirik ki, dövlət tərəfindən ayrılan vəsaitlər hesabına vətəndaşlara daha yüksək səhiyyə xidmətləri göstərilsin. Qarşıda duran məqsədlərdən biri də səhiyyədəki çatışmazlıqların aradan qaldırılması, həmçinin həkimlərin maddi vəziyyətinin yaxşılaşdırılmasıdır”.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev isə çıxışında 2017-ci ildə pilot ərazilərdə görüləcək işlər haqqında məlumat verib. O diqqətə çatdırıb ki, Agentlik tabeliyinə verilən tibb müəssisələrinin maliyyələşdirilməsi, inventarizasiyası və kadr məsələlərinin tənzimlənməsini həyata keçirəcək: “Eyni zamanda, sözügedən ərazilərin tibb müəssisələri şəbəkəsinin və mövcud resurslarının optimallaşdırılması, əhalinin icbari tibbi sığorta ilə əhatə olunması, tibb müəssisələrinin idarəçiliyinin icbari tibbi sığortanın tələblərinə uyğunlaşdırılması sahəsində ciddi islahatlar aparılacaq. Bütövlükdə, səhiyyənin maddi-texniki bazasını, kadr potensialını gücləndirmək məqsədilə də tədbirlər görüləcək”.
Baş nazirin müavini Əli Əhmədov daha sonra Mingəçevirdə icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə əlaqədar görülən işlərlə, şəhər Mərkəzi Xəstəxanasında yaradılmış şəraitlə tanış olub, səhiyyə işçiləri ilə görüşüb. Qeyd olunub ki, Prezident İlham Əliyevin müvafiq Fərmanı ölkədə səhiyyə xidmətlərini müasir tələblərə uyğunlaşdırmaq, bu sahənin mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirməklə əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltmək məqsədi daşıyır.
Söhbət zamanı icbari tibbi sığortanın tətbiqi ilə bağlı qarşıda duran vəzifələrin yüksək səviyyədə həyata keçirilməsinin vacibliyi vurğulanıb, bununla bağlı fikir mübadiləsi aparılıb.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

