Azərbaycan qadınları haqqında kitab yazan fransalı yazıçı ilə Milli Məclisdə görüş keçirilib
17.01.2017 [09:54]
Yanvarın 16-da Milli Məclis sədrinin müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova ölkəmizdə səfərdə olan fransalı yazıçı Jerar Kardon ilə görüşüb.
Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vitse-spiker Azərbaycanla Fransa arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini söyləyib. O, Jerar Kardonun Azərbaycan qadınları haqqında kitab yazmaq məqsədilə ölkəmizə səfər etməsini yüksək qiymətləndirib. Diqqətə çatdırılıb ki, müasir Azərbaycan qadınları ailə dəyərlərinə, adət və ənənələrimizə böyük önəm verir, onları yüksək səviyyədə qoruyub saxlayır, ictimai-siyasi həyatda fəal iştirak edirlər.
Bildirilib ki, ölkənin qanunvericilik orqanında qadınlar geniş təmsil olunublar. Milli Məclisdə dünyanın müxtəlif ölkələri ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir. Fransa ilə işçi qrupuna ölkənin birinci xanımı, deputat Mehriban Əliyeva rəhbərlik edir. Onun iki ölkə arasında bütün istiqamətlərdə əlaqələrin möhkəmləndirilməsində göstərdiyi xidmətlər təqdirəlayiqdir. Mehriban Əliyeva həm ölkə, həm region, həm də dünya miqyasında humanitar, sosial, mədəni sahələrdə həyata keçirilən layihələrə böyük dəstək verir. Onun fəaliyyəti beynəlxalq ictimaiyyət tərəfindən müsbət qiymətləndirilir.
Fransalı yazıçı Jerar Kardon səmimi görüşə görə minnətdarlığını ifadə edib. O, Azərbaycan qadınları haqqında kitab yazmaq arzusundan danışıb. Qonaq qeyd edib ki, qadınlarla bağlı belə bir layihə onun tərəfindən artıq bir sıra dünya ölkələrində həyata keçirilib. Məqsəd hər hansı bir ölkəni qadınlar vasitəsilə təqdim etməkdir.
Diqqətə çatdırılıb ki, Azərbaycan qadınlarına həsr olunmuş əsər iki hissədən ibarət roman şəklində olacaq. Burada qadınların həyatı, ailədə, cəmiyyətdə rolu, onların hüquqlarının qorunması və digər məsələlər öz əksini tapacaq.
Görüşdə iştirak edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlar Rövşən Rzayev, Musa Qasımlı, Vüsal Hüseynov çıxışlarında bildiriblər ki, ölkəmizdə qadınlara həmişə böyük hörmətlə yanaşılıb. Azərbaycanın ictimai-siyasi, elmi, mədəni həyatında böyük rolu olan qadınlar haqqında məlumat diqqətə çatdırılıb. Qeyd edilib ki, keçən əsrin əvvəllərində Şərqdə ilk dəfə olaraq məhz Azərbaycanda qadınlara seçmək hüququ verilib. Parlamentdə qəbul edilən qanunlarda gender bərabərliyi təmin olunur.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

