“Human Rights Watch”un iddiaları yalan və əsassızdır
17.01.2017 [09:51]
Anti-azərbaycançı təşkilatların ölkəmizə qarşı şər-böhtan kampaniyası erməni lobbisinin sifarişi ilə həyata keçirilir
Erməni lobbisinin sifarişi ilə işləyən bir sıra anti-azərbaycançı mərkəzlərin davamlı olaraq ölkəmizə qarşı qərəzli, böhtan xarakterli kampaniyalar aparması sirr deyil. “Human Rights Watch” adlanan QHT-nin də hər il eyni məzmunlu, qərəzli hesabatlarla çıxış etməsi, şər və yalana söykənən iddialar səsləndirməsi onların ermənipərəst mərkəzlərin diktəsi əsasında fəaliyyət göstərdiyini açıq şəkildə ortaya qoyur.
Hər zaman olduğu kimi, bu dəfə də subyektivliyi, qərəzi ilə seçilən “hesabat”da növbəti dəfə həqiqətlər təhrif olunub, yalan, böhtan və qərəz önə çıxarılıb. Ölkəmizdə vətəndaş cəmiyyətinin “təzyiqlərə məruz qalması”, ənənəvi “siyasi məhbus problemi” kimi sərsəmləmələrin dilə gətirilməsi, eləcə də dini radikallığı ilə seçilən, ekstremizmi və terroru yayan, ölkə qanunlarını pozan, ən əsası isə, konkret olaraq cinayət ittihamı əsasında həbs edilən bir sıra şəxslərin açıq şəkildə dəstəklənməsi bu “hesabat”ın ilk baxışdan qeyri-ciddiliyini və qərəzliliyini ortaya qoyan faktlardır.
Bu “hesabat”ın qərəzli olduğunu üzə çıxaran ən mühüm məqamlardan biri isə ölkə Prezidentinin imzaladığı əfv fərmanlarının hədəfə alınmasıdır. Yüksək humanizmə söykənən bu fərmanlar birmənalı şəkildə insan hüquq və azadlıqlarının qorunmasına, vətəndaş cəmiyyətinin daha da möhkəmləndirilməsinə xidmət göstərir. Adıçəkilən təşkilatın isə ermənilərə havadarlıq etdiyini nəzərə alsaq, onun Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı atılan addımları həzm etməməsini, həmin addımları hədəfə almasının səbəblərini anlamaq mümkündür.
Məsələ ilə bağlı fikirlərini bölüşən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı mühüm dövlət siyasətinin aparıldığını deyib. Onun sözlərinə görə, “Human Rights Watch” kimi təşkilatların Azərbaycandakı reallığı bəd gözlə, qara eynəklə görməsi artıq adət halını alıb: “Azərbaycanda insan hüquq və azadlıqları yüksək səviyyədə qorunur. Hüquqi dövlət olan Azərbaycanda bütün vətəndaşlar qanun qarşısında eynidir və hər hansı bir qanun pozuntusuna yol verən şəxs mütləq şəkildə məsuliyyət daşıyır. Erməni lobbisinin əlində alətə çevrilən “Human Rights Watch” kimi təşkilatlar bilərəkdən bu cür yalanlarla ölkəmizə qarşı böhtan xarakterli kampaniyalar həyata keçirirlər. Sifarişlə, diktə ilə çalışan belə mərkəzlər yalanları ilə heç nəyə nail ola bilməyəcəklər. Çünki onların özlərinin mahiyyəti şübhə doğurur”.
Baş redaktor bildirib ki, insanpərvərliyə söykənən, humanizmi təşviq edən əfv fərmanlarına qarşı mövqe nümayiş etdirmək anormallıqdır. V.Rəhimzadə onu da vurğulayıb ki, belə qurumların “hesabat”larının onların istədikləri nəticəni verməyəcəyi bəri başdan bəllidir: “Human Rights Watch” Cənubi Qafqaz regionunda qeyri-stabil siyasi həyat yaşayan Ermənistanda insan hüquqlarının pozulması faktlarını qabartmalı, bu ölkənin Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasını, bir milyona yaxın azərbaycanlının öz doğma yurd-yuvalarında yaşamaq hüququnun pozulduğunu qeyd etməlidir. Nəticə etibarı ilə, “Human Rights Watch”un bütün bu hüquqların pozulmasına göz yumması, hesabatlarında bütün bu reallıqları əks etdirməməsi, əksinə Azərbaycandakı inkişafı, ölkəmizdə insan hüquqlarının qorunması yönündə atılan addımları görməzlikdən gəlməsi onun əsl məqsədlərindən xəbər verir”.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev “Human Rights Watch” təşkilatının hər zaman Azərbaycanla bağlı qərəzə və böhtana söykənən “hesabat”lar yaydığını bildirib. Onun sözlərinə görə, Azərbaycan dövlətinin dünya birliyində reytinqinin getdikcə yüksəlməsi, siyasi arenada söz sahibinə çevrilməsi və bu kimi digər əhəmiyyətli amillər qərəzli ermənipərəst mərkəzləri, o cümlədən “Human Rights Watch” adlanan QHT-ni təşvişə salır: “Human Rights Watch” kimi təşkilatların arxasında dayanan əsas təkanverici mənbə xaricdə fəaliyyət göstərən erməni lobbisidir. Siyasi korrupsiya hesabına “hesabatlar” yayan bənzər belə qurumlar qeyri - ciddi qəbul edilir. Onları ifşa edən əsas məqamlardan biri də hər il, demək olar ki, eyni məzmunlu “hesabatlar” hazırlamalarıdır. Bunun səbəbi isə ondadır ki, “Human Rights Watch” adlı təşkilatın “istinad nöqtəsi” radikal və dağıdıcı müxalifət partiyalarıdır. Hər zaman ermənipərəst dairələrlə əməkdaşlıq edən radikal ünsürlər erməni dəyirmanına su tökməklə Azərbaycan əleyhinə çirkin kampaniya aparırlar. Nəticə etibarı ilə, “Human Rights Watch”un “hesabat”larında reallıqları əks etdirməməsi, əksinə Azərbaycandakı inkişafı, ölkəmizdə insan hüquqlarının qorunması yönündə atılan addımları görməzlikdən gəlməsi onun əsl məqsədlərindən xəbər verir”.
Baş redaktor deyib ki, qərəzli “hesabat”da göstərilən “siyasi məhbus” məsələsi ermənipərəst mərkəzlərin, anti-azərbaycançı dairələrin ən çox “müzakirə etdiyi mövzudur”. Onun sözlərinə görə, ölkəmizdə belə bir problemin olmaması ilə bağlı fakt beynəlxalq təşkilatlar tərəfindən etiraf olunur, bir sıra mühüm hesabatlarda Azərbaycanda ədalətli məhkəmə prinsipinin qorunduğu qeyd edilir. Sadəcə olaraq, hər zaman olduğu kimi bu dəfə də ermənipərəst dairələr, eləcə də “Human Rights Watch” “siyasi məhbus” adı altında Azərbaycana qarşı şər-böhtan kampaniyası aparmaq fikrinə düşüb.
“Kür-Xəzər” xeyriyyə İctimai Birliyinin sədri Akif Kərimov da bu “hesabat”da vətəndaş cəmiyyətinin durumu ilə bağlı yer alan məsələlərin qərəzli olduğunu dilə gətirib. Onun sözlərinə görə, ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması, vətəndaş cəmiyyətinin formalaşdırılması və daha da təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb: “Hüquqi, demokratik və modern dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi məqsədi ilə ən yüksək tələblərə cavab verən normativ hüquqi baza yaradılıb. Azərbaycanda MDB məkanında ilk dəfə olaraq Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası qəbul edilib. Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması bilavasitə vətəndaş cəmiyyəti institutlarının inkişafına çox böyük təkan verdi. Bu qurum vasitəsi ilə dövlət tərəfindən vətəndaş cəmiyyəti institutlarına, yəni QHT-lərə, gənclər təşkilatlarına və digər qurumlara hər il maliyyə vəsaitləri ayrılır”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

