/ / Əli Həsənov: Azərbaycan Prezidentinin və dövlətinin xaricdə yaşayan soydaşlarımızla bağlı mövqeyi birmənalıdır
Əli Həsənov: Azərbaycan Prezidentinin və dövlətinin xaricdə yaşayan soydaşlarımızla bağlı mövqeyi birmənalıdır
27.12.2016 [10:11]
“Dünən cənab Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bütün soydaşlarımızı təbrik edərək, onların hər birinə firavan həyat və işlərində müvəffəqiyyətlər arzulayıb. Azərbaycan dövləti dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, həmvətənlərimizə həmişə xüsusi diqqət yetirib, onların səmərəli fəaliyyətini yüksək qiymətləndirib”. Bunu APA-ya açıqlamasında Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov xarici ölkələrdə yaşayan azərbaycanlılarla bağlı müzakirələrə münasibət bildirərkən deyib.
Ə.Həsənov xatırladıb ki, Ümummilli lider Heydər Əliyev hələ 2001-ci ildə keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayında xaricdə yaşayan soydaşlarımıza müraciət edərək deyib: “Azərbaycanda biz sizi özümüzün elçiləri hesab edirik, sizə çox ümidlər bəsləyirik, sizə arxalanırıq, sizi özümüzə dayaq hesab edirik. Sizin hər birinizə işlədiyiniz sahədə, gördüyünüz işdə, yaşadığınız yerlərdə uğurlar arzulayıram. Harada yaşamasından asılı olmayaraq, hər bir ailəyə, hər bir azərbaycanlıya xoşbəxt həyat və xoşbəxt gələcək arzulayıram”.
Ə.Həsənov qeyd edib ki, Prezident İlham Əliyev də Ümummilli liderin xaricdə yaşayan soydaşlarımızla bağlı həyata keçirdiyi siyasətə həmişə sadiqliyini nümayiş etdirir və həmvətənlərimizlə bağlı məsələlərə prinsipial şəkildə yanaşaraq onları daim diqqət mərkəzində saxlayır: “Cənab Prezident Dünya Azərbaycanlılarının II Qurultayındakı çıxışında qeyd edib ki, dünyada yaşayan soydaşlarımız təşkilatlanır, yaşadıqları ölkələrin həyatında daha da fəal rol oynayırlar. Prezident qeyd edib ki, bu, həm onların mövqelərini möhkəmləndirir, eyni zamanda, müstəqil Azərbaycan Respublikasının mövqeyini gücləndirir, əhəmiyyətini artırır: “Biz çox şadıq ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar o ölkələrin həyatında, iqtisadiyyatında çox mühüm rol oynayırlar və demək olar ki, artıq çox möhkəm mövqelərə malikdirlər”.
Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan Prezidentinin və dövlətinin xaricdə yaşayan soydaşlarımızla bağlı mövqeyi birmənalıdır və bu yanaşmada həmvətənlərimizin fəaliyyətinə yüksək qiymət öz əksini tapıb: “Ona görə də hər hansı şəxsin xaricdə yaşayan azərbaycanlılarla bağlı fikirləri yalnız onun öz düşüncəsinin məhsulu olub, fərdi mövqeyini ifadə edir və bununla bağlı məsuliyyəti də bilavasitə o özü daşıyır”.
Ə.Həsənov xaricdə yaşayan soydaşlarımızı qarşıdan gələn həmrəylik günü və Yeni il bayramı münasibətilə təbrik edib, onlara cansağlığı, xoşbəxtlik və səadət arzulayıb.
Qeyd edək ki, Milli Məclis üzvü Astan Şahverdiyevin xaricdə yaşayan azərbaycanlılar barədə işlətdiyi ifadələr narazılıq doğurub və sosial şəbəkələrdə aktiv müzakirə olunmaqdadır.
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17

