/ / Bakıda yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar yaradılan işçi qrupunun ilk iclası keçirilib
Bakıda yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar yaradılan işçi qrupunun ilk iclası keçirilib
17.12.2016 [12:25]
Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 11 noyabr tarixli Sərəncamına əsasən yaradılan işçi qrupunun dekabrın 16-da ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasa sədrlik edən Baş nazirin müavini, işçi qrupunun üzvü Abid Şərifov bu sahədə mövcud problemlərin öyrənilməsi və aradan qaldırılması məqsədilə müvafiq qurumlardan rəylər alınaraq “Master Plan” hazırlandığını bildirib.
Son illər əhalinin sayının artması və dinamik inkişaf nəticəsində Abşeron yarımadasının mövcud su təchizatı və kanalizasiya sisteminin hazırkı tələbatı ödəmək gücündə olmadığını bildirən Baş nazirin müavini bunun bir sıra problemlər yaratdığını vurğulayıb. Qeyd edib ki, paytaxtın bəzi qəsəbələrində kanalizasiya sisteminin olmaması içməli su mənbələrinin çirklənməsinə gətirib çıxarır ki, bu da yoluxucu xəstəliklərin yayılması riskini artırır. Sonuncu güclü yağışlar paytaxtın Binəqədi rayonunda, Bayıl, Kürdəxanı qəsəbələrində, habelə Abşeron rayonunda bir sıra ciddi problemlər yaradıb. Bu problemlərin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi olduqca mühüm əhəmiyyət daşıyır.
A.Şərifov Azərbaycan Prezidentinin diqqət və qayğısı nəticəsində son illərdə respublikamızın əksər bölgələrində içməli su-kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin reallaşdırıldığını diqqətə çatdırıb. Qeyd edib ki, bu, eyni zamanda, dövlətimizin başçısının əhalinin sağlamlığına verdiyi önəmin göstəricisidir.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, Abşeron yarımadasının su təchizatı və kanalizasiya sistemlərinin müasir standartlara uyğun yenidən qurulması üçün beynəlxalq təcrübəyə malik şirkətlərin iştirakı ilə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla “Master Plan” hazırlanıb. Sənədin hazırlanması zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Böyük Bakının Regional İnkişaf Planı”, Dövlət Statistika Komitəsinin və digər qurumların məlumatları nəzərə alınıb. Ümumilikdə 18 bölmədən ibarət olan “Master Plan” hazırlanarkən şəhərsalmanın inkişafı, əhalinin artımı və sıxlığı, turizmin perspektivləri, təmizlənmiş çirkab suların təkrar istifadəsi, ekoloji tarazlıq və digər amillər əsas götürülüb.
Sonra “2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla, Abşeron yarımadasının qəsəbə və kəndlərində su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün “Master Plan”ın təqdimatı olub.
Qeyd edilib ki, “Master Plan”a uyğun olaraq, su təchizatı və kanalizasiya sistemi müxtəlif tullantılardan təmizlənib. Bu istiqamətdə görülən işlər nəticəsində indiyədək əsas daşıyıcı kollektorların 106 kilometrlik hissəsində təmizləmə işləri aparılıb. Buradan təxminən 12 min kubmetr həcmində bərk məişət tullantıları çıxarılıb. Bu da kollektorların su daşıma qabiliyyətinin tam bərpa olunmasını təmin edib.
Diqqətə çatdırılıb ki, Abşeron yarımadasının su təchizatı və kanalizasiya sistemlərinin, su kəməri şəbəkəsinin 70 faizi istismar müddətini çoxdan başa vurduğundan böyük həcmdə su itkiləri yaranır. Nəticədə istehlakçıların keyfiyyətli və dayanıqlı su təchizatında problemlər meydana çıxır, binaların zirzəmiləri su ilə dolur.
Bildirilib ki, “Master Plan”da Abşeron rayonunun su təchizatı sisteminin yaxşılaşdırılması məqsədilə 8100 kilometr uzunluğunda yeni su şəbəkəsi xətlərinin çəkilməsi nəzərdə tutulur. Artıq bu xətlərin 1950 kilometri çəkilib. Kanalizasiya sistemində Abşeron yarımadası üzrə tullantı sularının axıdılması üçün öz axarı ilə təbii toplanan 107 hövzə müəyyən olunub. Tullantı sularının həmin hövzələr vasitəsilə 11 əsas hövzədə toplanması layihələndirilib. Yağış sularının idarə edilməsi üçün Abşeron yarımadasındakı mövcud 150 göldən 49-dan istifadə edilməsi nəzərdə tutulub. Ümumiyyətlə, su-kanalizasiya sistemlərinin yenidən qurulması su itkisinin 2035-ci ilədək dəfələrlə azaldılmasına imkan yaradacaq.
Təqdimatdan sonra fövqəladə hallar nazirinin birinci müavini Rəfail Mirzəyev, “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov və digərləri çıxış edərək rəy və təkliflərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

