Azərbaycan KİV rəhbərlərinin Ankaraya səfər proqramı başlayıb
13.12.2016 [10:25]
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə respublikanın aparıcı KİV təmsilçilərindən ibarət 15 nəfərlik nümayəndə heyətinin Türkiyənin paytaxtı Ankara şəhərinə səfəri başlayıb. Nümayəndə heyətinin səfər çərçivəsində Türkiyənin rəsmi dövlət qurumlarında, informasiya məsələlərinə məsul olan təşkilatlarda, həmçinin aparıcı KİV-lərin redaksiyalarında görüşləri nəzərdə tutulub.
Səfər proqramı dekabrın 12-də Ümummilli lider Heydər Əliyevin Ankara şəhərindəki abidəsinin ziyarət edilməsi ilə başlayıb. Ankarada Heydər Əliyev adına parka gələn KİV təmsilçiləri burada Ümummilli liderin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Daha sonra Türkiyə Cümhuriyyəti Baş Bakanlığının Basın Yayın və İnformasiya Genel Müdirliyində nümayəndə heyətinin qurumun başqanı Mehmet Akarca ilə görüşü keçirilib.
Nümayəndə heyətinin rəhbəri, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli KİV təmsilçilərinin Ankaraya səfərinin məqsədi, həmçinin, Azərbaycanda KİV-in durumu və KİVDF-nin fəaliyyəti barədə məlumat verib.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Məmmədov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov Azərbaycan-Türkiyə KİV-ləri arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları barədə fikirlərini bölüşüblər.
Nümayəndə heyətinin növbəti görüşü Türk İşbirligi və Koordinasiya Agentliyində (TİKA) baş tutub. TİKA başqanı Sərdar Çam nümayəndə heyəti ilə görüşdə rəhbərlik etdiyi qurumun dünyada gerçəkləşdirdiyi layihələr barədə məlumat verib. KİVDF-nin icraçı direktoru V.Səfərli Fondun TİKA ilə əməkdaşlığı və gələcək perspektivlər barədə fikirlərini bölüşüb.
Səfər proqramı davam edir.
Məlumat üçün bildirək ki, nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, Fondun Müşahidə Şurasının sədr müavini, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, Fondun Müşahidə Şurasının üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, Fondun Müşahidə Şurasının üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz, “Mediainfo.az” İnformasiya Agentliyinin baş redaktoru Emin Axundov, “Şərq qapısı” qəzetinin baş redaktoru Tural Səfərov və Fondun aparıcı məsləhətçisi Ramin Kərimli daxildirlər. Səfər proqramı dekabrın 16-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

