Novruz Məmmədov: Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq daha da inkişaf edəcək
15.11.2016 [10:09]
Hesab edirik ki, Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında əməkdaşlıq daha da inkişaf edəcək. Ölkələrimiz arasında münasibətlərin yaxşı bazası var və əlaqələrin pisləşməsinə səbəb yoxdur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.
Novruz Məmmədov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampa göndərdiyi təbrik məktubunda iki ölkə arasında 25 il ərzində yaxşı əməkdaşlıq əlaqələrinin olduğunu diqqətə çatdırıb. “Bütün sahələrdə yaxşı əməkdaşlıq etmişik. Bir sıra sahələrdə əməkdaşlığımız strateji səviyyəyə yüksəlib. Bu illər ərzində təbii ki, müəyyən problemlər də olub”, - deyə Prezident Administrasiyası rəhbərinin müavini bildirib.
Novruz Məmmədov qeyd edib ki, dövlətimizin başçısının məktubunda münasibətlərin yüksək səviyyəsi vurğulanmaqla yanaşı, ABŞ-ın Minsk qrupunun həmsədr ölkəsi kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verməyə borclu olduğu mesajı da çatdırılır.
Prezident Administrasiyasının rəsmisi bildirib ki, 25 ildir postsovet məkanında Azərbaycan qədər balanslı münasibət saxlayan ikinci dövlət tapmaq çətindir. Bunun əsasını Ulu öndər Heydər Əliyev qoyub və bu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
Novruz Məmmədov deyib: “Azərbaycanın daxili və xarici siyasət kursunun təməli güclüdür. Biz mürəkkəb regionda yerləşsək də, bütün istiqamətlər üzrə əlaqələr qurmağı, saxlamağı bacarmışıq. Avronest məsələsində olduğu kimi, lazım olanda Avropa İttifaqına sözümüzü deyirik”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ləngimənin səbəbinə toxunan Novruz Məmmədov deyib ki, hazırda həmsədr ölkələrin başları özlərinə qarışıb. Böyük dövlətlər dünyada nüfuz qazanmaq istəyirlərsə, kiçik ölkələrdəki münaqişələri ədalətli şəkildə həll etməlidirlər. Bu, həm də onlara güclü etimad yaradar. Prezident Administrasiyası rəhbərinin müavini vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi bütün sənədlərdə öz əksini tapmalıdır.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

