Milli Məclisdə Azərbaycan-Polşa və Azərbaycan-Belçika əlaqələri müzakirə olunub
15.11.2016 [10:05]
Noyabrın 14-də Milli Məclisin sədri Oqtay Əsədov Polşa Respublikasının ölkəmizdəki səfiri Marek Tsalka ilə görüşüb.
Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan-Polşa münasibətlərinin böyük tarixə malik olduğunu deyən sədr iki ölkə arasında əməkdaşlıq əlaqələrinin yüksək inkişaf səviyyəsinə çatmasından məmnunluğunu ifadə edib. Qeyd olunub ki, ölkə başçılarının qarşılıqlı səfərləri və aparılan danışıqlar əlaqələrimizin daha da möhkəmlənməsi üçün yaxşı zəmin yaradıb. Bu günədək Azərbaycan ilə Polşa arasında 40 hüquqi sənəd imzalanıb, 10 sənəd isə baxılmaqdadır.
Oqtay Əsədov deyib ki, Azərbaycan Polşa ilə təkcə siyasi deyil, iqtisadi sahədə də əlaqələrin davamlı inkişafında maraqlıdır. Bu baxımdan Azərbaycan-Polşa Hökumətlərarası İqtisadi Komissiyasının fəaliyyətini vurğulamaq yerinə düşərdi.
Milli Məclisin sədri 2007 və 2008-ci illərdə Polşaya səfərlərini xatırladıb. Bildirib ki, Polşa Parlamenti Senatının sədri Boqdan Boruseviç də müxtəlif vaxtlarda Azərbaycana səfər edib. Dövlətlərarası münasibətlərin inkişafında parlamentlərin rolunu yüksək qiymətləndirən O.Əsədov diqqətə çatdırıb ki, Azərbaycan Polşa ilə münasibətləri bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əlaqələr sahəsində inkişaf etdirmək əzmindədir. Təqdirəlayiq haldır ki, hər iki ölkənin parlamentlərində qarşılıqlı işçi qrupları fəaliyyət göstərir. Deputatlarımız nüfuzlu beynəlxalq qurumlarda səmərəli əməkdaşlıq edirlər.
Polşanın ölkəmizdəki səfiri Marek Tsalka qeyd edib ki, Polşa Azərbaycana dost ölkədir və müxtəlif sahələrdə əlaqələrimizin daha da möhkəmlənməsi xalqlarımızın ümumi maraqlarına xidmət edir. Bu baxımdan parlamentlərin də üzərinə böyük vəzifə düşür və biz parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini çox əhəmiyyətli hesab edirik.
Sonra görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
* * *
Noyabrın 14-də Milli Məclisin sədri Oqtay Əsədov Belçika Krallığının ölkəmizdəki səfiri Bert Şufs ilə də görüşüb.
Sədr bildirib ki, Azərbaycan Belçika ilə əlaqələrin inkişafına böyük önəm verir. Bu gün iki ölkə arasındakı münasibətlər uğurla inkişaf edir. Qarşılıqlı səfərlər və keçirilən görüşlər münasibətlərimizin yüksək səviyyədə olmasından xəbər verir. İkitərəfli əlaqələrin inkişafında ölkələrimizin rəhbərlərinin rolu böyükdür. Bu günədək iki ölkə arasında 7 hüquqi sənəd imzalanıb, daha 5 sənəd isə baxılmaqdadır. Bu gün ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və eləcə də bir çox digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar var.
Qeyd edilib ki, Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşıdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft-qaz kəmərləri bunun əyani sübutudur. Gələcəkdə TANAP və TAP layihələrinin reallaşması Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaqdır. Hazırda Azərbaycanda Belçika Krallığından olan 19 şirkət fəaliyyət göstərir. İqtisadi sahədə ticarət dövriyyəsinin artırılması üçün geniş potensial var.
Parlamentlərarası əlaqələrin inkişafında parlament sədrlərinin səfərlərinin əhəmiyyətini xüsusi vurğulayan O.Əsədov bildirib ki, hər iki ölkə parlamentində fəaliyyət göstərən dostluq qrupları sıx və faydalı əməkdaşlıq üçün körpü rolunu oynayır. Deputatların qarşılıqlı səfərləri təqdirəlayiqdir. Nümayəndə heyətlərimizin beynəlxalq qurumlarda mütəmadi görüşləri, onları maraqlandıran məsələlər ətrafında müzakirələrin aparılması çox önəmlidir.
Belçika Krallığının ölkəmizdəki səfiri Bert Şufs qeyd edib ki, Azərbaycanın qısa zaman kəsiyində əldə etdiyi uğurlar və bölgədə baş verən proseslər Avropa ölkələrinin, o cümlədən Belçikanın diqqət mərkəzindədir. Avropada Azərbaycanın əhəmiyyəti və bölgədə oynadığı rol yüksək qiymətləndirilir.
“Biz də parlamentlər səviyyəsində əlaqələrimizin daha da möhkəmlənməsi üçün deputatlardan ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini önəmli hesab edirik”, - deyə səfir bildirib.
Görüşdə digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09

