“The Asian” qəzeti: Multikulturalizm Azərbaycanda dövlət siyasətidir
02.11.2016 [09:54]
Koreya Respublikasının nüfuzlu “The Asian” qəzetində “Multikulturalizm Azərbaycanda dövlət siyasətidir” başlıqlı məqalə dərc olunub.
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 25-ci ildönümü münasibəti ilə ölkəmizin Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov ilə müsahibə əsasında hazırlanan məqalədə xalqımızın XX əsrdəki azadlıq mübarizəsindən, Azərbaycanda ilk respublikanın hələ ötən əsrin əvvəlində elan olunmasından söhbət açılıb.
R.Teymurov Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra keçdiyi inkişaf yolundan, Ermənistanın hərbi təcavüzündən bəhs edib. O, Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin təmin olunması ilə müxtəlif sahələrdə inkişafa nail olunmasından, Prezident İlham Əliyevin rəhbərliyi altında son illər qazanılan uğurlardan danışıb. Azərbaycanın liderliyi ilə həyata keçirilən irimiqyaslı layihələr - Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, “Şahdəniz,” TAP, TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən danışan səfir bütün bunların sayəsində Azərbaycanın regionun lider dövlətinə çevrildiyini bildirib.
Azərbaycandakı multikultural dəyərlərdən söz açan R.Teymurov müsahibəsində multikulturalizmin ölkəmizdə tarixən mövcud olduğunu, müxtəlif millətlərin və fərqli dinlərin nümayəndələrinin Azərbaycanda mehriban şəraitdə yaşamasının bir nümunə kimi qəbul olunduğunu deyib.
Son illər Azərbaycanın beynəlxalq tədbirlərin, idman yarışlarının keçirildiyi məkana çevrildiyini qeyd edən səfir Bakıda ilk Avropa Oyunlarının, Formula-1 yarışının, Şahmat Olimpiadasının, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun, Bakı Humanitar Forumunun və digər tədbirlərin yüksək səviyyədə təşkil edildiyini vurğulayıb. O, gələn il Bakının İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyini bildirib.
Diplomat müsahibəsində Azərbaycan-Koreya münasibətlərindən də danışıb, siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlığımızın inkişaf etdiyini, yüksək səviyyədə qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafında xüsusi rol oynadığını diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51

