Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Yüksələn xətlə inkişaf edən Azərbaycan-Türkiyə münasibətlərinin əhəmiyyətindən danışılıb

Yüksələn xətlə inkişaf edən Azərbaycan-Türkiyə münasibətlərinin əhəmiyyətindən danışılıb

26.10.2016 [10:06]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Türkiyə Respublikasında səfərdə olan Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov oktyabrın 25-də bir sıra görüşlər keçirib.
Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın, Baş nazirin müavinləri Toğrul Türkeş və Numan Kurtulmuş ilə görüşlərdə Azərbaycan-Türkiyə strateji münasibətlərində yüksələn xətlə xarakterizə olunan inkişafın əhəmiyyəti, mətbuat və informasiya sahəsində əlaqələrin perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov görüşlərdə iştirak edib.

Paylaş:
Baxılıb: 576 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

35 il bir yerdə

26 İyun 10:20  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30