Azərbaycan-Xorvatiya əlaqələri strateji tərəfdaşlıq səviyyəsindədir
25.10.2016 [10:12]
Oktyabrın 24-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan-Xorvatiya əlaqələrindən danışıb. Qeyd edib ki, Xorvatiya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 20 ili tamam olur. Hazırda ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. Münasibətlərin bu səviyyəyə çatmasında dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin böyük rolu var.
Milli Məclisin sədri Xorvatiya Prezidentinin ölkəmizə ilk səfərinin əlaqələrin inkişafına təkan verəcəyinə əminliyini ifadə edib. Oqtay Əsədov indiyədək ölkələrimiz arasında 20 sənədin imzalandığını, 13 sənədin isə imzalanma ərəfəsində olduğunu deyib. Azərbaycanın Xorvatiya ilə hərtərəfli əlaqələrin inkişafına böyük önəm verdiyini söyləyən parlamentin sədri ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin önəmini vurğulayıb. O, əlaqələrin inkişafında parlamentlərin rolunu vurğulayaraq dostluq qruplarının fəaliyyətini xüsusi qeyd edib.
Görüşdə qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verilib.
Xorvatiya Prezidenti kimi ölkəmizə ilk dəfə səfər etdiyini deyən xanım Kolinda Qrabar-Kitaroviç ölkələrimiz arasında bir çox oxşarlıqların olduğunu söyləyib. Siyasi əlaqələrimizin yaxşı səviyyədə olduğunu söyləyən Xorvatiya Prezidenti iqtisadi əməkdaşlığın da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Dövlət başçısı, həmçinin mədəniyyət, təhsil, elm sahələrində əməkdaşlığın inkişafı üçün yaxşı imkanların mövcud olduğunu bildirib. Xanım Kolinda Qrabar-Kitaroviç Xorvatiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, BMT-nin qətnamələri əsasında həll edilməsinin tərəfdarı olduğunu vurğulayıb.
Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

