Xorvatiya Prezidenti “ADA” Universitetində mühazirə ilə çıxış edib
25.10.2016 [10:10]
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç oktyabrın 24-də “ADA” Universitetində olub.
AZƏRTAC xəbər verir ki, “ADA” Universitetinin rektoru, professor Hafiz Paşayev Prezident Kolinda Qrabar-Kitaroviçi universitetdə görməkdən məmnun olduğunu deyib.
Ölkələrimiz arasında təhsil sahəsində əlaqələrə toxunan Hafiz Paşayev “ADA” Universitetinin Zaqreb Universiteti və Xorvatiyanın Diplomatik Akademiyası ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Rektor bildirib ki, “ADA” Universitetində xorvatiyalı tələbələr Xəzər hövzəsi və enerji araşdırmaları üzrə yay məktəbində iştirak ediblər.
Rektor Hafiz Paşayev Prezident Kolinda Qrabar-Kitaroviçin bu səfərinin ikitərəfli əlaqələrin inkişafında yeni səhifə açacağına əminliyini ifadə edib.
Daha sonra “ADA” Universitetinin rektoru Xorvatiyanın dövlət başçısının həyat və fəaliyyəti barədə məlumat verərək, onun hazırda fəlsəfə doktoru kimi araşdırmalarla da məşğul olduğunu diqqətə çatdırıb.
Prezident Kolinda Qrabar-Kitaroviç tələbələr qarşısında mühazirə ilə çıxış edərək Azərbaycan-Xorvatiya əlaqələrindən, ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində mövcud imkanlardan danışıb. Bildirib ki, Xorvatiya Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətləri yüksək qiymətləndirir.
Dövlət başçısı qeyd edib ki, Xorvatiya Azərbaycanı Xəzər və Qafqaz regionlarında dostu və strateji tərəfdaşı hesab edir. Həm Xorvatiya, həm Azərbaycan öz regionlarında sabitliyin və əməkdaşlığın inkişafının qarantıdır. Ölkələrimizin beynəlxalq arenada mühüm rol oynadıqlarını deyən xanım Kolinda Qrabar-Kitaroviç Azərbaycan ilə Xorvatiya arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib. Xorvatiya Prezidenti Azərbaycan ilə gəmiqayırma sahəsində əməkdaşlığı yüksək qiymətləndirib, bu münasibətlərin gələcəkdə daha intensiv xarakter alacağına əminliyini ifadə edib.
Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşünə toxunan Xorvatiya dövlətinin başçısı ölkələrimiz arasında əlaqələrin genişləndirilməsinin, regional məsələlərdə əməkdaşlığın inkişaf etdirilməsi yollarının müzakirə olunduğunu vurğulayıb.
Xorvatiya Prezidenti Azərbaycanın Avropa ilə Asiya arasında oynadığı mühüm körpü rolunu yüksək qiymətləndirib, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən qlobal əhəmiyyətli enerji layihələrindən danışıb.
Dövlət başçısı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə xüsusi töhfə verdiyini söyləyib, ölkəmizin liderlik etdiyi bir sıra irimiqyaslı enerji layihələrinə toxunub. O, TANAP, “Cənub” Qaz Dəhlizi kimi dünya əhəmiyyətli layihələrdən söhbət açıb.
Xanım Kolinda Qrabar-Kitaroviç Xorvatiyanın xarici siyasətindən, reallaşdırdığı layihələrdən də bəhs edib. O, qloballaşan dünyada əməkdaşlığın genişləndirilməsinin, enerji və digər sahələrdə birgə layihələrin həyata keçirilməsinin, iqtisadi əlaqələrin dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
Sonda Xorvatiya Prezidenti tələbələrin suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxSosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09

