/ / “Əl-Mənərə” jurnalında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti haqqında məqalə dərc edilib
“Əl-Mənərə” jurnalında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti haqqında məqalə dərc edilib
07.10.2016 [10:12]
Baş ofisi Birləşmiş Ərəb Əmirliklərində yerləşən, Səudiyyə Ərəbistanı, Küveyt, Tunis, Misir, Livan və digər ərəb ölkələrində yayılan nüfuzlu “Əl-Mənərə” jurnalında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti haqqında məqalə dərc edilib.
Məqalədə Mehriban Əliyevanın ziyalı ailədən olduğu bildirilir, Mir Cəlal Paşayev, Arif Paşayev və Aida İmanquliyeva haqqında oxuculara dolğun məlumatlar çatdırılır.
Ziyalı ailə mühitinin Mehriban Əliyevada mərhəmət, xeyirxahlıq, insan sevgisi kimi nəcib hisslərin, o cümlədən incəsənətə marağın əsasını təşkil edən dünyagörüşünün formalaşmasına təsiri barədə söhbət açılır, Azərbaycanın birinci xanımının həm milli, həm qlobal səviyyələrdə gördüyü işlər barədə məlumat verilir, həmin işlərin onun haqqında mütərəqqi müsəlman qadını imicini yaratdığı vurğulanır.
Məqalədə Mehriban Əliyevanın 2004-cü ildə regionda ən böyük qeyri-hökumət təşkilatını təsis etdiyi bildirilir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adını daşıyan bu təşkilatın Azərbaycan reallıqlarının dünyada geniş təbliği ilə yanaşı, Heydər Əliyev irsinin yeni və gənc nəslə öyrədilməsində mühüm rol oynadığı diqqətə çatdırılır. Müəllif Heydər Əliyev Fondunun çoxvektorlu fəaliyyəti haqqında ətraflı məlumat verir. Bu xüsusda, birinci xanımın gündəlik fəaliyyətlərində sosial və humanitar aspektlərin öndə getdiyi vurğulanır, ölkəmizdə kimsəsiz uşaqların və yaşlıların problemlərinin həll edilməsi yolunda mühüm işlərin görüldüyü oxucuların diqqətinə çatdırılır. Fondun xətti ilə yeni təhsil, səhiyyə və incəsənət ocaqlarının inşa edildiyi, insulin və qan donorluğu aksiyaları, eləcə də ana südü ilə qidalandırma üzrə maarifləndirmə aksiyaları və s. sosial təşəbbüslərin həyata keçirildiyi bildirilir. Həmçinin Mehriban Əliyevanın milli musiqi ənənələrinin inkişafı və xaricdə tanıdılması yönündə səyləri çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə müasir Muğam Mərkəzinin tikildiyi, Fondun təşəbbüsü ilə müxtəlif ölkələrdə keçirilən mədəniyyət tədbirlərində Azərbaycan muğamının prioritet yerdə olduğu, habelə hər il ayrı-ayrı istedadlı yerli və beynəlxalq musiqiçilərin iştirakı ilə Qəbələ Beynəlxalq Musiqi Festivalının təşkil edildiyi oxucuların diqqətinə çatdırılır.
Ümumbəşəri dəyərlər, sülh və dözümlülüyün yayılması işində Heydər Əliyev Fondunun fəaliyyətinə gəlincə, məqalədə bu təşkilatın Azərbaycanda fərqli sivilizasiyalar arasında əməkdaşlıq və dialoq mövzusunda çoxsaylı tədbirlər keçirməklə, Luvr Muzeyində İslam incəsənəti bölməsini təsis etməklə, Versal Sarayının parkında, Luvr Muzey Kompleksində, Berlin Şəhər Sarayında və digər Avropa şəhərlərində qədim tarixi binaların və Vatikanda qədim əlyazmaların bərpasında, eləcə də Romada Kapitolini Muzeyinin “Filosoflar zalı”nın təmirinin həyata keçirilməsində yaxından iştirak etməklə qlobal tolerantlıq ideyasında və dünya mədəniyyətində izlər qoyduğu bildirilir.
Məqalədə Mehriban Əliyevanın fəaliyyətinin beynəlxalq humanitar tərkib hissəsinə nəzər salınaraq, Heydər Əliyev Fondunun Rumıniya, Haiti, Pakistan və başqa dövlətlərdə baş vermiş təbii fəlakətlərdən əziyyət çəkən insanlara təcili surətdə yardımlar etdiyi vurğulanır. Fondun Pakistanda peyvənd və qan donorluğu aksiyaları, açıq ürək əməliyyatları keçirdiyi, Pakistan Göz Xəstəxanasına və Talassemiya Mərkəzinə ianələr etdiyi qeyd olunur. Eyni zamanda, göstərilən bütün xeyirxah işlərin birinci xanıma UNESCO və ISESCO kimi mötəbər beynəlxalq təşkilatların xoşməramlı səfiri adını qazandırdığı bildirilir.
Jurnalda Mehriban Əliyevanın ölkəmizin beynəlxalq idman və musiqi aləmində imicinin formalaşdırılmasındakı əhəmiyyətli rolundan söhbət açılır. Belə ki, birinci xanımın Milli Gimnastika Federasiyasına rəhbərliyi ərzində bu idman növündə böyük inkişafın baş verdiyi, Bakı şəhərinin mötəbər beynəlxalq yarışlara ev sahibliyi etdiyi bildirilir. 2015-ci ildə Azərbaycanda birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinin məhz Mehriban Əliyevanın sədrlik etdiyi Milli Təşkilat Komitəsinin adı ilə bağlı olduğu və bu müstəsna uğuruna görə birinci xanıma 2017-ci ildə Azərbaycanda keçirilməsi nəzərdə tutulan IV İslam Həmrəyliyi Oyunları üzrə Milli Komitənin sədri missiyasının həvalə edildiyi vurğulanır. Bundan əlavə, Avropanın ən prestijli mahnı müsabiqəsi hesab edilən “Eurovision”un da Bakıda uğurla keçməsinin məhz Mehriban Əliyevanın əməyi hesabına mümkün olduğu diqqətə çatdırılır.
Məqalənin sonunda çoxşaxəli və dayanaqlı fəaliyyətinə görə Mehriban Əliyevanın Fransanın “Şərəf Legionu”, Pakistanın ən ali dövlət ordeni olan “Hilal-e-Pakistan”, Polşanın “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordenlərinə, Serbiya Dövlət Ordeninə, eləcə də Dünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin mükafatına, UNESCO-nun “Qızıl Motsart” medalına, “Qızıl ürək” beynəlxalq mükafata layiq görüldüyü qeyd edilir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28

