Nobel Sülh Mükafatı Laureatı “ADA” Universitetində mühazirə oxuyub
21.06.2016 [10:11]
Ölkəmizdə səfərdə olan, Nobel Sülh Mükafatı Laureatı Məhəmməd Yunus iyunun 20-də “ADA” Universitetində “Biznesin sosial məsuliyyəti” mövzusunda mühazirə oxuyub.
AZƏRTAC xəbər verir ki, “ADA” Universitetinin rektoru Hafiz Paşayev Məhəmməd Yunus kimi önəmli bir şəxsin rəhbərlik etdiyi ali məktəbə gəlişindən məmnunluğunu ifadə edib. Vurğulanıb ki, Nobel Sülh Mükafatı Laureatı Məhəmməd Yunusun “ADA” Universitetində günümüzün aktual mövzularından olan biznes və onun sosial məsuliyyəti haqqında mühazirə oxuması tələbələr, gənc tədqiqatçılar və bu sahəyə maraq göstərənlər üçün əvəzsiz imkandır. M.Yunus həmin mövzunun uğurlu tədqiqinə görə önəmli nailiyyətlər əldə edib. Onun bu mövzuya şəxsi yanaşması tədqiqatının uğurunun əsas elementidir.
M.Yunusun fəaliyyətindən və uğurlarından bəhs edən H.Paşayev bildirib ki, o, ABŞ-ın “Foreign Policy” jurnalı tərəfindən seçilmiş “Top 100 intellektual şəxslər” siyahısında dünyanın ikinci ən intellektual adamı seçilib, bir çox önəmli mükafatlara layiq görülüb. Rektor qeyd edib ki, seçdikləri istiqamətlər üzrə gələcək yollarını müəyyənləşdirmək baxımından M.Yunus kimi şəxslərin “ADA” Universitetində tələbələrlə fikirlərini bölüşməsi çox faydalı olacaq.
Nüfuzlu ictimai xadim, sosial biznes və mikrokreditin atası adlandırılan Məhəmməd Yunus “ADA” Universiteti ilə tanışlıqdan və təcrübələrini mühazirənin iştirakçıları ilə bölüşməkdən məmnunluğunu bildirib. Müəllim kimi fəaliyyətindən bəhs edən M.Yunus gənclərin ondan yeni məlumatlar öyrənmələrindən şad olduğunu söyləyib. Qonaq deyib ki, Banqladeşdə uzun illər hökm sürən iqtisadi gərginlik onu məhz iqtisadiyyatın sferaları ilə dərindən maraqlanmağa sövq edib.
M.Yunus gördüyü işlərin yüksək dəyərləndirilməsindən, həyata keçirdiyi layihələrin, irəli sürdüyü ideyaların çoxluq tərəfindən qəbul edilməsindən və cəmiyyətə faydalı olmasından məmnunluğunu bildirib. Bank sisteminin, maliyyə qurumlarının fəaliyyəti və bankçılıq sahəsinin incəliklərinə toxunan M.Yunus ölkəsində müvafiq sektorların cari vəziyyəti və inkişaf perspektivlərindən söz açıb. Nobel Sülh Mükafatı Laureatı gələcək maliyyəçilər üçün qeyd olunan sahələrin müxtəlif aspektlərini sadə dillə təhlil edib və təcrübələrinin gənclər üçün səmərəli olacağına əminliyini bildirib.
Sonda qonaq tədbir iştirakçılarının suallarını cavablandırıb, mövzu ətrafında müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33

