Azərbaycan nümayəndə heyəti Britaniyada “Üç İnanc Forumu” təşkilatında olub
21.05.2016 [10:46]
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə və ənənəvi dini konfessiyaların başçıları - Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı dağ yəhudiləri dini icmasının başçısı Milix Yevdayev Britaniya səfəri çərçivəsində bu ölkədə fəaliyyət göstərən “Üç İnanc Forumu” (Three Faiths Forum) təşkilatının idarə heyəti ilə görüşüblər.
Nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov, ölkəmizin Böyük Britaniyadakı səfiri Tahir Tağızadə də olub.
Təşkilatın direktor müavini Coş Kass “Üç İnanc Forumu”nun fəaliyyəti haqqında məlumat verib. Qeyd edilib ki, təşkilat dinlər və icmalararası dialoq sahəsində Britaniyada nüfuzlu təşkilatlardandır. “Üç İnanc Forumu” Britaniya hökuməti və bu sahənin mütəxəssisləri ilə sıx əməkdaşlıq edir.
Azərbaycan nümayəndə heyəti ilə görüşdən məmnunluğunu ifadə edən direktor müavini ölkəmizin bu sahədəki təcrübəsindən faydalanmağın əhəmiyyətini vurğulayıb.
Mədəniyyətlərarası dialoq sahəsində mütəxəssis olan professor Mayk Hardi Azərbaycana səfərləri və ölkəmiz haqqında təəssüratlarını bölüşüb. Britaniyanın və digər ölkələrin bu sahədə çalışan mütəxəssisləri Azərbaycanda yaradılan dini tolerantlıq və multikultural mühit haqqında məlumatlandırılmalarının vacibliyini diqqətə çatdırıblar.
Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev ölkəmizdə yaradılan multikultural mühitin əsasları barədə danışıb. Diqqətə çatdırılıb ki, Azərbaycanın bu uğuru Prezident İlham Əliyevin müxtəlif din xadimlərinə eyni səmimi münasibətinin, eyni diqqət və qayğısının, onların dövlətə və bir-birinə səmimi münasibətinin nəticəsidir. O qeyd edib ki, Azərbaycan bu sahədəki təcrübəsini bölüşməyə hər zaman hazırdır.
Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın multikultural, dini tolerantlıq mühiti ilə maraqlandıqlarına görə təşkilatın idarə heyətinə minnətdarlığını ifadə edib. Dinlər və icmalararası dialoq kimi beynəlxalq əhəmiyyət kəsb edən sahədə Britaniyada fəaliyyət göstərmələrini yüksək qiymətləndirib.
Azərbaycanda dini dözümlülük ənənələrindən danışan QMİ-nin sədri deyib ki, ölkəmizdə müxtəlif konfessiyaların və icmaların nümayəndələri uzun əsrlər boyu dinc, yanaşı yaşayıb və yaşayırlar. Azərbaycanda dini zəmində münaqişələr heç vaxt müşahidə olunmayıb. Ölkəmiz dinlər arasında münasibət və tolerantlıq baxımından bütün dünyaya nümunədir. Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayan şeyxülislam Allahşükür Paşazadə Ulu öndər Heydər Əliyevin ali mənəviyyat mənbəyimiz olan dinimizə diqqət və qayğısından danışıb. Hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilib.
Daha sonra görüş iştirakçılarının sualları cavablandırılıb, gələcək əməkdaşlıq haqqında müzakirələr aparılıb.
Sonda Azərbaycan nümayəndə heyəti adından “Üç İnanc Forumu” təşkilatına ölkəmiz haqqında kitablar və hədiyyələr təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48

