Rusiya Rəssamlıq Akademiyasında Polad Bülbüloğlunun bürünc heykəli təqdim olunub
19.05.2016 [10:34]
Rusiya Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlunun bürünc heykəlinin təntənəli təqdimat mərasimi keçirilib.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Heykəlin müəllifi, Rusiya Rəssamlıq Akademiyasının prezidenti, SSRİ Xalq rəssamı Zurab Sereteli Polad Bülbüloğlu ilə uzun illər möhkəm dostluq münasibətlərinin olduğunu qeyd edərək vurğulayıb ki, “Müasirlərim” silsiləsində təqdim etdiyi yeni əsəri vasitəsilə qəhrəmanın özünəməxsusluğunu, heç kimə bənzəməyən səhnə üslubunu ifadə edib. Z.Sereteli deyib: “Bir çoxları məndən xahiş edir ki, onların heykəlini hazırlayım. Ancaq mən razılaşmıram, çünki heykəltəraşlıq əsərində obraz, xarakter olmalıdır. Polad Bülbüloğlu yaradıcı şəxsiyyətdir. O, məxsus olduğu böyük xalqın ənənələrini, dahi atası Bülbülün yaradıcılıq yolunu davam etdirir. Bunu qiymətləndirmək lazımdır”.
Z.Sereteli vurğulayıb ki, Polad Bülbüloğlunun yubileyi münasibətilə ona hədiyyə etdiyi heykəlin qalereyada Rusiyanın və dünyanın bir çox məşhur şəxsiyyətlərinin bürünc abidələri ilə bir sırada yer alması Rusiya ilə Azərbaycan arasında mehriban qonşuluq və dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva jurnalistlərə müsahibəsində Xalq rəssamı Zurab Seretelinin hazırladığı heykəli həm də Azərbaycan xalqının tarixinə və mədəniyyətinə böyük hörmət və ehtiramın əlaməti kimi qiymətləndirib. Leyla Əliyeva deyib: “Polad Bülbüloğlu oxuyanda insan yaşamaq istəyir. Onda olan müsbət enerji hamıya sirayət edir. Çox şadam ki, bu gün belə gözəl abidə təqdim olunur. Bu abidə onun qəlbini, ürəyini təcəssüm etdirir. Buna görə də onu və hamını bu tədbir münasibətilə təbrik edirəm”.
SSRİ Xalq rəssamı Tahir Salahov bildirib ki, Zurab Sereteli bu əsəri təkcə dostu Polad Bülbüloğlunun şəxsiyyətinə deyil, bütövlükdə Azərbaycan xalqına və dövlətinə, Azərbaycanın yaradıcı insanlarına sevgi və ehtiram hissi ilə yaradıb.
Azərbaycanın Xalq artisti, səfir Polad Bülbüloğlu hər bir yaradıcı şəxsiyyət üçün sənətinə yüksək qiymət verilməsinin möhtəşəm hadisə olduğunu bildirib. Polad Bülbüloğlu deyib: “Zurab Seretelinin sərgi kompleksində tanınmış yaradıcı insanların portretləri və heykəllərindən ibarət böyük bir qalereyası var. Orada görkəmli musiqiçilərin də heykəlləri nümayiş olunur. Qürur duyuram ki, indi o heykəllərin sırasında azərbaycanlının da heykəli qoyulacaq”.
Mərasimdə çıxış edən SSRİ Xalq artisti İosif Kobzon, SSRİ Dövlət mükafatı laureatı, şair Andrey Dementyev, Rusiya Rəssamlar İttifaqının sədri Andrey Kovalçuk və başqaları Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərindən danışaraq, Polad Bülbüloğlunun heykəlinin Moskvanın məşhur qalereyasında yer almasını bu münasibətlərin bütün sahələrdə inkişafının nümunəsi kimi qiymətləndiriblər.
Təqdimat mərasimində Moskva Konservatoriyasının Simfonik Orkestri gənc musiqiçi Murtuza Bülbülün dirijorluğu ilə Polad Bülbüloğlunun sevilən mahnılarını ifa edib.
Mərasimdə xarici ölkələrin Rusiyada akkreditə olunmuş nümayəndəliklərinin rəhbərləri, tanınmış elm və incəsənət xadimləri iştirak ediblər.
Rusiya Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksi Moskvanın mərkəzində qədim memarlıq binasında yerləşir, burada beynəlxalq sərgilər, ustad dərsləri keçirilir. Kompleksdə Zurab Seretelinin çoxsaylı əsərləri, o cümlədən ustad sənətkarın “Müasirlərim” silsiləsindən indiyədək yaratdığı Mstislav Rostropoviç, Vladimir Vısotskiy, Marina Svetayeva, Andrey Voznesenskiy, İosif Kobzon və başqalarının heykəltəraşlıq portretləri nümayiş olunur.
Xəbər lenti
Hamısına baxSiyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27

