Bundestaq üzvü: Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından qoşunlarını geri çəkməlidir
18.05.2016 [10:11]
Almaniya Bundestaqının CDU partiyasından olan deputatı, Almaniya-Cənubi Qafqaz parlament işçi qrupunun üzvü Karl Georq Vellmann “TV BERLİN” televiziya kanalının “Bundestaqdan” adlı verilişinə verdiyi müsahibədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən, Almaniya-Azərbaycan münasibətlərinin gələcək inkişafından, Avropanın enerji təhlükəsizliyinin təminatı məsələsində ölkəmizin artan rolundan bəhs edib.
Avropa Azərbaycan Cəmiyyəti regionda cərəyan edən proseslərə Almaniyadan baxışın Azərbaycan auditoriyası üçün maraqlı olmasını nəzərə alaraq tanınmış almaniyalı siyasətçinin müsahibəsindən Azərbaycan haqqında olan hissəni AZƏRTAC-a təqdim edir.
Əvvəlcə özü haqqında məlumat verən Karl Georq Vellman Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolundan bəhs edərək deyib: “Bəzi postsovet ölkələrində, xüsusilə Azərbaycanda bizim enerji maraqlarımız var. Onlar zəngin neft və qaz ehtiyatlarına malik ölkələrdir. Almaniya karbohidrogenlərin ixracı üzrə dünya lideridir. Bizim böyük həcmli enerji resurslarına tələbatımız var. Bu, yalnız istilik naminə deyil, həmçinin sənayemizin dinamik inkişafı üçün də lazımdır. Məhz bu səbəbə postsovet respublikaları ilə əməkdaşlıq əlaqələrinin konstruktiv məcrada inkişaf etməsi bizim üçün böyük önəm daşıyır”.
Aparıcının Qafqazda yerləşən post-sovet ölkələrində dini vəziyyətlə əlaqədar sualına cavab olaraq almaniyalı siyasətçi bildirib ki, Azərbaycan bu məsələyə çox diqqətlə yanaşır. Azərbaycan əhalisinin böyük əksəriyyəti İslam dininə mənsubdur. Müasir Azərbaycan dünyəvi və qədim multikultural ənənələri olan ölkədir. Orada bütün dinlər azaddır. Hətta böyük sayda olan yəhudi icmasının üzvləri azad şəkildə öz dinlərinə etiqad edirlər. Ölkə daxilində karyera artımı üçün heç bir əngəl yoxdur. Onlar sərbəst şəkildə sahibkarlıqla da məşğul olurlar. Azərbaycanda hökm sürən sabit vəziyyətin davamlı olması bizim də marağımızdadır. Bu ölkədə sabitliyin hökm sürməsi Almaniyaya bu ölkə ilə yaxşı münasibətlər qurmaq üçün yeni imkanlar açır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər salan, həll prosesinin mümkün perspektivlərinə toxunan Bundestaq üzvü məlumat verib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilib. Beynəlxalq hüquqa əsasən, bu ərazi Azərbaycanın bir hissəsidir. Ötən əsrin 1990-cı illərinin əvvəllərində orada baş qaldırmış separatizm hərəkatı hərbi münaqişə ilə nəticələnib. Azərbaycanın 20 faiz ərazisi Ermənistan tərəfindən işğal edilib. Beynəlxalq ictimaiyyətin bütün səylərinə, ən əsası isə münaqişənin sülh yolu ilə həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun diplomatik fəaliyyətinə baxmayaraq, hələ də problemin həlli ilə bağlı heç bir nəticə əldə olunmayıb.
Karl Vellmann hesab edir ki, lokal hərbi toqquşmaların genişmiqyaslı müharibəyə çevrilməməsi üçün hər zaman orta məxrəcə gəlmək olar. Təbii ki, ilk növbədə Ermənistan qoşunları işğal olunmuş ərazilərdən geri çəkməlidir. Yalnız bu addım dalana dirənmiş sülh prosesində tərəqqinin baş verməsinə təkan verə bilər. O, sülhməramlı qüvvələrin bölgəyə göndərilməsi məsələsinin də nəzərdən keçirilməsini mümkün həll variantlarından biri olduğunu vurğulayıb.
Azərbaycanda olan qaçqın probleminə toxunan almaniyalı siyasətçi deyib: “Azərbaycan böyük qaçqın və məcburi köçkün ordusuna sığınacaq verməklə, regionda böyük humanitar böhranın baş verməməsi üçün əlindən gələni edib. Demək olar ki, təkbaşına onların bütün problemlərini öz üzərinə götürdü və heç bir ölkədən yardım istəmədi. Fikrimcə, məcburi köçkünlərin üzləşdiyi problemlər girdabından qurtarmağın yeganə çıxış yolu onların doğma yurdlarına qayıtması ola bilər. Bu mənada ATƏT-in Minsk qrupunun üzərinə böyük bir iş düşür. Artıq bütün dünya Minsk qrupundan konkret nəticələr gözləyir. Sadə dillə desək, indiyə qədər o, heç nəyə nail olmayıb və ona bəslənilən ümidlər özünü doğrultmayıb”.
Mark Vellman daha sonra vurğulayıb ki, ABŞ, Fransa və Rusiyanın həmsədr olduqları Minsk qrupunun icra mexanizmləri yoxdur. Onlar qəbul etdikləri qərarları həyata keçirməkdə çətinik çəkirlər. Elə təəssürat yaranır ki, Ermənistan Azərbaycan ilə konstruktiv danışıqlar aparmaqdan boyun qaçırır. Ümumiyyətlə, bu ölkənin siyasi rəhbərliyi buna hazır deyil.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23

