Azərbaycan-Bolqarıstan əlaqələri keyfiyyətcə yeni səviyyəyə yüksəlib
14.05.2016 [10:08]
Mayın 13-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Bolqarıstanın xarici işlər naziri Daniel Mitovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, sədr Azərbaycanın Bolqarıstanla əməkdaşlığın inkişafına böyük önəm verdiyini bildirib. Qeyd edib ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalandıqdan sonra münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlib.
Oqtay Əsədov əlaqələrimizin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin və aparılan danışıqların mühüm rol oynadığını söyləyib. Bildirib ki, bu günədək ölkələrimiz arasında 51 sənəd imzalanıb, 10 sənəd isə baxılmaq üzrədir. Münasibətlərimizin hüquqi bazasını təşkil edən bu sənədlər əməkdaşlığımızın gələcək inkişafı üçün yaxşı zəmin yaradır.
Siyasi sahədə əlaqələrimizin yüksək səviyyədə olduğunu söyləyən Milli Məclisin sədri ticari-iqtisadi münasibətlərimizdə yüksək göstəricilər əldə etmək üçün böyük imkanlar olduğunu söyləyib. Qeyd edib ki, bu potensialın reallaşması iki dost xalqın rifah halının daha da yüksəlməsinə xidmət edəcək. Bolqarıstanın işgüzar dairələrinin Azərbaycanın neft, habelə qeyri-neft sektoru və digər sosial-iqtisadi layihələrində iştirakı, qarşılıqlı biznes forumların keçirilməsi iqtisadi əlaqələrimizin inkişafına böyük töhfə verə bilər.
Sədr parlamentlər səviyyəsində də əlaqələrimizi yüksək qiymətləndirib. Bildirib ki, deputatların qarşılıqlı səfərləri, nüfuzlu beynəlxalq qurumlarda fəaliyyəti buna parlaq misaldır.
Söhbət zamanı belə bir fikir vurğulanıb ki, Bolqarıstan Avropa İttifaqının üzvü kimi bizim üçün ağrılı olan Dağlıq Qarabağ problemi ilə əlaqədar məsələlərin müzakirəsində bu qurumun mövqeyindən çıxış edir. Biz strateji müttəfiq kimi gələcəkdə Bolqarıstanın bu məsələdə həssas mövqe nümayiş etdirəcəyinə ümid edirik. BMT Təhlükəsizlik Şurasının, AŞ PA-nın və digər beynəlxalq qurumların problemin həlli ilə əlaqədar qətnamələrinə məhəl qoymayan Ermənistan işğalçılıq siyasəti yeritməkdə davam edir. Təmas xəttində son dövrdə baş vermiş hadisələr bir daha sübut etdi ki, Azərbaycan münaqişəni başqa vasitələrlə də həll etmək iqtidarındadır. Ancaq sülh tərəfdarı kimi biz beynəlxalq birliyin səyi nəticəsində problemin tezliklə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun məntiqi həllinə inanırıq.
Bolqarıstanın xarici işlər naziri Daniel Mitov tutduğu vəzifədə Azərbaycana ilk dəfə səfər etdiyini, burada aparılan danışıqlardan və gördüklərindən məmnun qaldığını söyləyib. O qeyd edib ki, təmsil etdiyi ölkə Qafqazın bu bölgəsi ilə həyatın ən müxtəlif sahələrində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.
Qonaq ümidvar olduğunu bildirib ki, yüksək səviyyəli siyasi dialoq iqtisadi münasibətlərin inkişafına da təkan verəcək. Bolqarıstan Azərbaycanla təkcə enerji deyil, turizm, kənd təsərrüfatı, nəqliyyat, yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etmək niyyətindədir.
Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, Bolqarıstanın ölkəmizdəki səfiri Maya Xristova və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

