“Reuters” cəbhə bölgəsindən reportaj hazırlayıb
06.05.2016 [10:17]
“Azərbaycanla separatçı Dağlıq Qarabağ arasında atəşkəs qısa münaqişənin genişmiqyaslı müharibəyə çevrilməsinin qarşısını ala bilər. Lakin sakinlər deyir ki, atışma səsləri gecələr hələ də eşidilir və insanlar ölür”.
APA-nın məlumatına görə, bu barədə “Reuters”in cəbhə bölgəsinə səfər etmiş müxbirinin Ağdamın Sarıcalı kəndindən hazırladığı reportajda deyilir.
Bildirilir ki, son zorakılıq halları 4 gün davam etsə də, çoxsaylı insan itkisi ilə nəticələnib: “Yerli sakinlərin dediyinə görə, atəşkəs razılaşması aprelin 5-də qəbul olunsa da, demək olar ki, hər gün pozulur”.
Sarıcalı kəndinin ingilis dili müəlliməsi Maral Abdullayeva deyir ki, atəşkəsdən sonra atışma dayanmır və yerli sakinlər bundan narahatdır. O, 4 aprel tarixində işlədiyi məktəbin dağıdıldığını bildirib. Müəllimənin sözlərinə görə, məktəb qismən bərpa edilsə də, uşaqlar dərsə getməyə qorxur.
Bildirilir ki, Azərbaycan tərəfinin və separatçı rejimin məlumatlarına görə, atəşkəs razılaşmasından sonra hər iki tərəfdən azı 8 hərbçi həlak olub: “Avropalılar qorxurlar ki, növbəti toqquşma dünya bazarına neft-qaz resurslarının daşımasında dəhliz rolunu oynayan Cənubi Qafqazda qeyri-sabitliyi dərinləşdirə bilər”.
Müəllif Evoğlu kəndində evləri dağılmış sakinləri də danışdırıb.
Xatırladaq ki, aprelin 29-da Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə ölkədə akkreditasiyadan keçmiş xarici ölkələrin media orqanlarının təmsilçiləri və yerli KİV nümayəndələrindən ibarət 45 nəfərlik qrup cəbhə bölgəsinə səfər edib. Cəbhə bölgəsində yola düşən xarici media nümayəndələri arasında BBC, “Röyters”, “Bloomberg”, “Frans Press”, “RİA Novosti”, “Anadolu”, TRT, İHA, “Cihan”, “Rossiya 24” kanalının əməkdaşları, israilli media eksperti Arye Qut və digərləri olub. Moldovanın keçmiş ombudsmanı Aurelia Qriqoriu da heyətdə təmsil olunub.
Xəbər lenti
Hamısına baxMaraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15

