BMT-nin Sivilizasiyalar Alyansının Gənclər Forumu işini başa çatdırıb
26.04.2016 [09:20]
“İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” şüarı altında BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Bakı Konqres Mərkəzində keçirilən Gənclər Forumu aprelin 25-də işini başa çatdırıb.
AZƏRTAC xəbər verir ki, Forumun bağlanış mərasimində BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri, BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Milli Təşkilat Komitəsinin sədri Əbülfəs Qarayev, BMT baş katibinin gənclər üzrə elçisi Ahmad Rafi Mohamad Alhendavi, Gənclər Forumunda beynəlxalq təşkilatların nümayəndələri, gənc liderlər, xarici və yerli gənclər təşkilatlarının rəhbərləri və təmsilçiləri iştirak ediblər.
Tədbirin moderatoru, UNAOC-un Sülh və insan hüquqları proqramının direktoru Meqan Aurea Villanueva Gənclər Forumu çərçivəsində keçirilən biznes simpozium və əməkdaşlıq toplantılarında səmərəli müzakirələrin aparıldığını vurğulayıb. O, müzakirələrdə əsasən Minilliyin İnkişaf Məqsədlərindən olan dözümlülük və zorakılığın qarşısının alınması məsələlərinin müzakirə edildiyini deyib. Bildirib ki, müzakirələr zamanı bir çox məsələlər, o cümlədən gender bərabərliyi, münaqişələrin həllində gənclərin rolu barədə fikir mübadiləsi aparılıb.
Sonra əməkdaşlıq toplantılarında aparılan müzakirələrin yekunları barədə çıxışlar olub.
“KİV üçün mürəkkəb tapşırıqlar”, “İnklüziv cəmiyyətlərdə birgəyaşama, miqrasiya nöqteyi-nəzərindən çağırış və məqsəd”, “Təhsillə bağlı çağırış və hədəf”, “İnklüziv cəmiyyətlərdə birgə yaşama. Nifrət nitqinə yox”, “Gender problemləri və məqsədlər”, “Millətlərarası çağırış və hədəflər”, “Dinlərarası nöqteyi-nəzərdən çağırış və məqsədlər”, “Uşaqlar və gənclər: insanlarla bağlı çağırış və məqsədlər”, “Münaqişələrin təzyiqlərinə məruz qalan ərazilərlə bağlı çağırış və məqsədlər” mövzuları üzrə müzakirələrin nəticələrindən danışılıb.
Sonda “Sülhün bərqərar olunması ilə bağlı çağırış və məqsədlər” mövzusunda toplantıda aparılan müzakirələrin nəticələri barədə məlumat verilib. Toplantıda üçüncü minilliyin sonunda yenə də aclıq, müharibə və fəlakətlərin yaşandığı qeyd edilib. Bildirilib ki, bunun qarşısının alınması üçün fərdlər, qeyri-hökumət təşkilatları səylərini birləşdirərək birgə mübarizə aparmalıdır.
BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir bütün toplantılarda səmərəli müzakirələrin aparıldığını vurğulayıb. Biz fəxr edirik ki, BMT Sivilizasiyalar Alyansının nümayəndələri olaraq burada mühüm məsələləri müzakirə etdik. Bu gün səsləndirilən fikir və mövqelər güclü gəncliyin baxışlarıdır.
Nasir Əbdüləziz Əl-Nasir davamlı inkişafa nail olmaq üçün gənclərin təşəbbüs, enerji və imkanlarından istifadə edilməsinin mühüm rol oynadığını diqqətə çatdırıb. Qeyd edib ki, təhsil, sülh mədəniyyətinin və digər biliklərin yayılması, sosial inklüzivliyin bərqərar olunması baxımından mühüm əhəmiyyət daşıyır. Keyfiyyətli təhsilə bərabər çıxış və hamı üçün eyni şəraitə malik iş imkanının təmin edilməsi məhz inklüzivliyə nail olunması baxımından vacib rol oynayır.
Davamlı inkişafa nail olmaq üçün fərqlərə hörmət edilməsinin önəmini qeyd edən Əl-Nasir Gənclər Forumunda güclü təsirə malik fikir və təkliflərin səsləndirildiyini və bunun üçün onların ümumiləşdirilərək bütün dünyaya yayılmasının əhəmiyyətini vurğulayıb.
Diqqətə çatdırılıb ki, inklüziv cəmiyyət gənclərin iştirakı olmadan qurula bilməz. Buna görə də biz gənclərin daha geniş səviyyədə iştirak imkanları ilə təmin edilməsinə nail olmalıyıq. BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq, səmərəli müzakirələrə görə onlara minnətdarlığını bildirib.
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri, BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Milli Təşkilat Komitəsinin sədri Əbülfəs Qarayev tədbirdə iştirak edən gənclərə minnətdarlığını bildirib. Nazir deyib ki, dünyadakı fərqliliklər və müxtəlifliklər əslində planetin daha füsunkar olmasını təmin edir. Ona görə də biz daha rəngarəng planet üçün səylərimizi əsirgəməməliyik.
Ə.Qarayev deyib ki, Azərbaycanda gənclərin təşəbbüslərinin və fəaliyyətlərinin təmin olunması üçün geniş imkanlar yaradılır. Çünki Azərbaycanda tarixən müxtəlif millətlərin, xalqların, dinlərin nümayəndələrinin fikirlərinə hörmətlə yanaşılıb.
Azərbaycanda da minlərlə gəncin müharibə nəticəsində valideynlərini itirdiyini vurğulayan mədəniyyət və turizm naziri dünyada problemlərin və münaqişələrin qarşısını almaq üçün gənclərin fəallığının artırılmasının vacibliyini qeyd edib.
Birləşmiş Millətlər Təşkilatının baş katibinin gənclər üzrə elçisi Ahmad Rafi Mohamad Alhendavi BMT Sivilizasiyalar Alyansının çox mühüm platforma olduğunu vurğulayaraq hazırda dünyada qaynar münaqişə zonalarının olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, birgəyaşayışa nail olmadan sülhün və davamlı inkişafın təmin edilməsi mümkün deyil. Ahmad Rafi Mohamad Alhendavin Gənclər Forumunda aparılan müzakirələrdə sülhün bərqərar olunması mesajlarının verilməsinin əhəmiyyətini yüksək qiymətləndirərək bu baxımdan yanlış çağırışların qarşısının alınmasının vacibliyini diqqətə çatdırıb.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48

