Azərbaycan ilə İran arasında əməkdaşlıq sürətlə inkişaf edir
22.04.2016 [10:17]
Aprelin 21-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin başçılığı ilə nümayəndə heyətini qəbul edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Dostluq” ordeni ilə təltif olunması münasibətilə Mahmud Vaezini təbrik edən Baş nazir Artur Rasizadə Azərbaycan və İran arasında son zamanlar iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlığın sürətlə inkişaf etdiyini məmnunluqla vurğulayaraq bildirib ki, kənd təsərrüfatı, turizm, bankçılıq, əczaçılıq, nəqliyyat və digər sahələrdə əlaqələrimizin genişləndirilməsi üçün böyük potensial mövcuddur.
Söhbət zamanı iki qonşu ölkə arasında münasibətlərin inkişafında qarşılıqlı səfərlərin və ikitərəfli görüşlərin mühüm əhəmiyyət kəsb etdiyi xatırlanaraq qeyd olunub ki, bu baxımdan Azərbaycan Prezidentinin İrana sonuncu səfəri çərçivəsində imzalanmış Hökumətlərarası Sazişə və Azərbaycan-İran dövlət sərhədində dəmir yolu körpüsünün tikintisi haqqında müqaviləyə uyğun olaraq aprelin 20-də Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisinin təməlqoyma mərasimi xüsusi tarixi məna daşıyır. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi kimi həmin dəmir yolu körpüsünün inşası ölkələrimizin tranzit potensialının artımına, böyük həcmdə yükdaşımaların həyata keçirilməsinə imkan açacaq ki, bu da əlavə gəlirlərin əldə olunması və yeni iş yerlərinin yaradılması üçün böyük əhəmiyyət kəsb edir.
Görüşdə beynəlxalq əməkdaşlıq kontekstində terrorizm, radikalizm və regional münaqişələr mövzusuna toxunan tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də yalnız beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyini bir daha bildiriblər.
Azərbaycan ilə İran arasında qarşılıqlı faydalı əməkdaşlığın gələcəkdə də yüksək səviyyədə davam etdiriləcəyinə əminlik ifadə olunan görüşdə bəzi digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

