/ / AŞPA-da azərbaycanlı deputatın uşaqların radikallaşdırılmasının qarşısının alınmasına dair məruzəsi dinlənilib
AŞPA-da azərbaycanlı deputatın uşaqların radikallaşdırılmasının qarşısının alınmasına dair məruzəsi dinlənilib
20.04.2016 [10:11]
Aprelin 19-da AŞPA-nın sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin uşaq məsələləri üzrə baş məruzəçisi Sevinc Fətəliyevanın “Uşaqların radikallaşdırılmasının qarşısının alınması və problemi yaradan səbəblər ilə mübarizəyə dair” məruzəsi dinlənilib. S.Fətəliyeva dünyagörüşü formalaşma mərhələsində olan uşaqların həssas qrup kimi ekstremist və radikal cərəyanların hədəfində olduğunu bildirib. O, sosial və təhsil mühitindəki ayrı-seçkiliyin, cəmiyyətdən təcrid olunma və sosial-maddi durumun aşağı olmasının ədalətsizliyə məruz qalma hissini yaratmasının, eləcə də mənəvi-psixoloji inkişafdakı boşluqların uşaq və yeniyetmələri radikalizmə sövq edən amillərdən olduğunu qeyd edib.
Deputat məruzəsində radikalizmə qarşı mübarizə məqsədilə bir sıra tövsiyələr irəli sürüb. O, istənilən etnik və sosial-iqtisadi qrupa mənsub uşaqlara qarşı ayrı-seçkilik və təcridetmə ilə mübarizə, bütün uşaqlar və gənclər üçün bərabər inkişaf imkanlarının yaradılması, həyat amalının və lazımlılıq hissinin formalaşdırılması, uşaqların cəmiyyətə inteqrasiyası məqsədilə təhsilin imkanlarından istifadə, uşaqlar, onların ailələri, icmaları və təlimçiləri arasında ünsiyyətin təmin edilməsi, vaxtilə radikal cərəyanlara qoşulmuş uşaqların qınaq obyektinə çevrilməsinin qarşısının alınması, islamofobiya ilə mübarizə və dinlərarası dialoqun təşviq edilməsi, ictimai yerlərdə, o cümlədən məktəblərdə, həbsxanalarda və internet məkanında radikallaşmaya qarşı mübarizə aparılması, radikal cərəyanların diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulayıb.
Qeyd edilib ki, Avropa Şurası və digər beynəlxalq qurumlar səviyyəsində terrorizm, ekstremizm və radikalizmə qarşı qəbul edilən müvafiq qərar və qətnamələr, həmçinin bu sahədə dövlət orqanları ilə vətəndaş cəmiyyəti qurumlarının əməkdaşlığı mövcud təhlükə ilə mübarizənin təşviq edilməsi və nəticələrin səmərəliliyi baxımından önəmlidir.
Bildirilib ki, radikal təşkilatlar Azərbaycan gənclərini də təsir dairəsinə salmaq səyləri göstərsələr də, dövlətin atdığı addımlar nəticəsində son illərdə radikallaşma meyilləri azalıb. Azərbaycan multikultural dəyərlərə sahib bir ölkə olaraq Yaxın Şərqdə məzhəb münaqişələrində mediator kimi daha fəal rol oynaya, Qərb ilə İslam aləmi arasında dialoqa töhfə verə bilər.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19

