Rusiya Ermənistanın nankorluğunun şahidi olur
14.04.2016 [10:11]
Moskvada Avrasiya İqtisadi Birliyi (AAİB) hökumət başçılarının iclası keçirilir. Əvvəlcədən aprelin 8-də Yerevanda keçirilməsi nəzərdə tutulmuş iclas Dağlıq Qarabağda baş verən son hadisələrlə əlaqədar Qazaxıstanın təklifi ilə təxirə salındı. Belə ki, ittifaqa daxil olan ölkələr - Qazaxıstan, Belarus, eləcə də Rusiya Ermənistan paytaxtında yığışmağın Azərbaycan tərəfinə təzyiq kimi qəbul olunacağını səbəb gətirmişdilər. Əlbəttə ki, bu Ermənistanda etirazla qarşılanıb.
Ötən günlər ərzində Ermənistanda həm Rusiyanın Azərbaycana silah satması, həm də AAİB-in üzvü olan ölkələrin - Belarus və Qazaxıstanın Dağlıq Qarabağda baş vermiş silahlı toqquşmalar zamanı Azərbaycanı birmənalı şəkildə dəstəkləməsi böyük etiraza səbəb olub.
Ermənistan parlamentinin “Erməni Milli Konqresi” fraksiyasından olan deputatı Nikol Paşinyan AAİB-də qalmağa və onun qərarlarını “sabotaj” etməklə təşkilatın işinə mane olmağa çağırıb. Erməni deputat deyib ki, Ermənistan Avrasiya Birliyinin üzvlüyündən çıxmamalı, onun fəaliyyətini iflic etməli, bütün qərarlara əks getməlidir.
Ermənistanda hakim Respublikaçılar Partiyasından olan deputat Artak Davtyan da AAİB və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMK) üzvü olan ölkələrin Qarabağ məsələsində Azərbaycanı dəstəkləməsindən narazıdır. Onun sözlərinə görə, Belarus Qarabağda döyüşlər başlayan kimi Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi, Qazaxıstan isə AAİB üzvlərinin Yerevana gəlməsinə mane olmaq üçün əlindən gələni etdi. Erməni deputatın strateji tərəfdaş kimi, Rusiyadan da gözləntisi çox idi.
Ermənistan mətbuatı Rusiya hökumətinin sədri Dmitri Medvedevin Bakıya səfərindən də narazıdır. Rusiya rəsmisi Ermənistana əvvəlcədən nəzərdə tutulmuş səfərini qısaltmaq və ikigünlük səfərin bir günü Azərbaycana həsr etmək qərarını vermişdi. Erməni KİV-ləri yazır ki, bu, Ermənistan hakimiyyəti üçün təhqirdir. Mətbuat yazır: “Görünür, Rusiya Baş nazirinin Yerevana səfərinin müddətini qısaltmasının və Qazaxıstanın Baş naziri Karim Masimovun Yerevana gəlməkdən imtina etməsinin bir səbəbi var, o da Azərbaycanın xətrinə dəyməməkdir”.
Rusiya İctimai Palatasının üzvü Sergey Markovun fikrincə, Ermənistanda Rusiyaya qarşı gedən kampaniya “əsl nankorluqdur”. Siyasətçi “facebook” səhifəsində yazıb: “Bu, ləyaqətsizlik və satqınlıqdır”.
Politoloq Andrey Yepifantsev hesab edir ki, Rusiyada Ermənistan cəmiyyətindəki güclü antirusiya əhval-ruhiyyəsinin miqyasını anlamırlar. Onun fikrincə, Ermənistanda hakimiyyəti zəbt etmiş Qarabağ klanı rəhbərlikdə qalmaq üçün Azərbaycan ilə münaqişədən istifadə edir və sülh onların sonu deməkdir. A.Yepifantsev yazır ki, ABŞ-dakı erməni diasporu da parçalanıb. Onlar erməni xalqının mənafeyini güdmürlər. Politoloq yazır: “google”da Rusiya Ermənistana xəyanət etdi” sözlərini axtarışa versəniz, erməni ictimaiyyətinin Rusiyaya qarşı mənfi fikirləri ilə dolu 300 mindən çox məqalə taparsınız. Bu, erməni xalqı üçün özünüməhv deməkdir. Ancaq “Böyük Ermənistanı” belə şeylər nə vaxt yolundan çəkindirib ki...”.
Rusiyanın birinci kanalında yayımlanan “Odnako” verilişinin aparıcısı Mixail Leontyev hələ bir neçə il əvvəl yazırdı ki, Ermənistan neçə illərdir iqtisadiyyatın liberallaşdırılmasına və xarici sərmayələrin cəlb olunmasına səy göstərir. Lakin heç bir investisiya bumu gözə görünmür və heç işıq ucu da yoxdur. Hətta ABŞ və Avropadakı güclü diaspor belə Ermənistan iqtisadiyyatının yüksəlişinə kömək edə bilmir və yalnız ermənilərin ölkədən qaçmasını asanlaşdırır.
Rusiya yazıçısı və tarixçisi Aleksandr Qoryanin bu günlər Moskvada keçirilən Qarabağ hadisələrinə həsr olunmuş mətbuat konfransında Ermənistanın Dağlıq Qarabağda müharibəyə başlamaqla özünün özünə nə qədər ziyan vurduğunu xüsusi qeyd edib. Ermənistanda olarkən sovet dövründən qalmış köhnə avtomobillərin sayının çox olmasından heyrətə gələn rus yazıçısı Ermənistan əhalisinin sayının dəfələrlə azaldığını, bütöv ailələrin Ermənistandan köçdüyünü müşahidə edib. Tarixçi xatırladıb ki, hələ sovet dövründə Azərbaycanda olarkən bir çox mühüm vəzifələri ermənilərin tutduğunun şahidi olmuşdu və özlərinin yaratdığı bu süni Dağlıq Qarabağ münaqişəsi üzündən ermənilər çox şey itirdilər.
Qarabağda dörd günlük müharibə ətrafında baş verənlər Azərbaycan ilə Rusiya arasında dövlətlərarası münasibətlərin yüksək səviyyədə və çox düzgün qurulduğunu göstərdi. Lakin bir boşluq da nəzərə çarpdı - bu da Rusiyada Azərbaycanın təbliği və Rusiya mətbuatında təmsili məsələsidir. Rusiya mətbuatında Qarabağ hadisələrinin birtərəfli işıqlandırılması Azərbaycan cəmiyyətində narazılıq doğurub. Onu da qeyd edim ki, bu, əsasən, özəl kanallarda və informasiya vasitələrində nəzərə çarpırdı və deməli, dövlətin mövqeyini əks etdirmirdi. Rusiyalı jurnalist Maksim Şevçenko azərbaycanlıların narazılığının haqlı olduğunu qeyd etsə də, bildirib ki, özəl KİV-lərin də Azərbaycana qarşı heç bir qərəzi yoxdur, “bu, sadəcə biznesdir”.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48

