/ / İsrailin “Birinci radio”su: Bu gün Azərbaycan Cənubi Qafqazda ən güclü və qüdrətli ordusu olan ölkədir
İsrailin “Birinci radio”su: Bu gün Azərbaycan Cənubi Qafqazda ən güclü və qüdrətli ordusu olan ölkədir
13.04.2016 [09:56]
Bir neçə gün bundan əvvəl İsrailin “Birinci radio”sunda efirə çıxan “Günün detalları” verilişində Ermənistan-Azərbaycan sərhədində, habelə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində baş verən hadisələr geniş şərh edilib.
AZƏRTAC xəbər verir ki, verilişin aparıcısı Aleksandr Vilenskinin suallarına “Birinci radio”nun daimi şərhçisi, “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Qut cavab verib. Onun sözlərinə görə tənzimlənməmiş və dondurulmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar son hadisələr bir daha göstərir ki, Cənubi Qafqaz regionu dinc yanaşı yaşamaq imkanından uzaqdır. İsrailli ekspert vurğulayıb: “Rəsmi Bakı dəfələrlə bəyan edib və Ermənistana xəbərdarlıq edib ki, Azərbaycan mövcud status-kvo vəziyyəti ilə heç vaxt razılaşmayacaq. Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı Ermənistanın hərbi provokasiyalarının nəticələrini nəzərə alaraq, təxribatın qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə sərt və qəti cavab tədbirləri görülməsini qərara alıb. Azərbaycan Ordusu vətəndaşların təhlükəsizliyini qorumaq və öz mövqelərini müdafiə etmək məqsədilə Ermənistan silahlı qüvvələrinə layiqli və sarsıdıcı zərbə endirərək onları geri çəkilməyə məcbur edib. Bugünkü Azərbaycan 1990-cı illərdəki Azərbaycan deyil. Bu gün Azərbaycan Cənubi Qafqazda ən güclü və qüdrətli ordusu olan ölkədir, bu ordu öz gücünü nümayiş etdirmək üçün həqiqət anını gözləyirdi”.
Verilişin aparıcısı xatırladıb ki, bu günlərdə Ermənistan parlamentinin bir neçə deputatı İsrail hökumətinin başçısına müraciətlə Azərbaycanın Ermənistanla müharibədə İsraildə istehsal olunmuş hərbi texnikadan istifadə etməsindən şikayətlənib və Binyamin Netanyahunu Azərbaycanla hərbi əməkdaşlığa son qoymağa çağırıb. İsrailli ekspert Arye Qut bunun cavabında qeyd edib ki, 24 ildən çox bundan əvvəl Azərbaycan ərazisini işğal etmiş ölkənin Azərbaycanı beynəlxalq hüquq normalarını pozmaqda günahlandırması absurddur. Arye Qut deyib: “Ermənistanın ucbatından Azərbaycan 24 ildən çoxdur ki, təcavüzdən əziyyət çəkir. Bu təcavüz nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal edilib. Ermənistan bu ərazilərdə etnik təmizləmə aparıb və bir milyondan çox insan oradan qovulub. Belə bir ölkənin parlamentariləri tərəfindən Azərbaycanın ittiham edilməsi riyakarlıq və ləyaqətsizlikdir. Erməni deputatların fikrincə, məgər bunlar insan hüquqlarının pozulması, beynəlxalq hüququn ən adi normalarının pozulması deyilmi?”
“Birinci radio”nun daimi şərhçisi Arye Qut verilişin aparıcısının İsrail-Azərbaycan münasibətlərinə dair Ermənistanın tənqidi barədə sualının cavabında qeyd edib ki, Avrasiya ərazisində heç bir ölkənin İsraillə Azərbaycan Respublikası qədər sıx və səmimi əlaqələri yoxdur.
İsrailli analitik ritorik tərzdə deyib: “Heç şübhəsiz, İsrail ilə Azərbaycanın münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. İsrail Azərbaycana həmişə böyük diqqət və səmimiyyətlə yanaşıb. Özü də təkcə ona görə yox ki, bu ölkədə heç vaxt antisemitizm olmayıb və indi də yoxdur. Rəsmi Bakı başqa ölkələrdə antisemitizmin hər hansı təzahürlərini dəfələrlə pisləyib və yenə pisləyir. İsrail Azərbaycanın ərazi bütövlüyünə hörmət bəsləməsini dəfələrlə bəyan edib. İsrail dünyada Azərbaycan neftinin əsas alıcılarından biridir. Öz növbəsində, Azərbaycanın da kənd təsərrüfatında, hərbi sənayedə, telekommunikasiya sahəsində İsraildə istehsal edilən müasir yüksək texnologilayara ehtiyacı var. Bu siyahını davam etdirmək olar. Eyni zamanda, bu ölkələrdə təhsil, humanitar və mədəniyyət sahələrinə aid layihələr həyata keçirilir. Ermənistan tərəfindən tənqid məsələsinə gəldikdə isə deyə bilərəm ki, Azərbaycan və İsrail öz dostlarını və tərəfdaşlarını özləri seçir və bu ölkələr hərbi-texniki sahədə strateji əməkdaşlığın səviyyəsini özləri müəyyən edirlər. Bu məsələyə müdaxilə etməyə heç kəsin haqqı yoxdur. Axı Azərbaycan soruşmur ki, nəyə görə Ermənistan ərazisində üçüncü dövlətin üç hərbi bazası var və Ermənistan Respublikası hansı həcmdə hərbi yardım alır?”.
İsrailli ekspertin fikrincə, uğurlu çoxvektorlu xarici siyasət yürüdən güclü və müstəqil Azərbaycandan fərqli olaraq, Ermənistan Respublikası tamamilə asılı vəziyyətdədir.
İsrailin “Birinci radio”sunun daimi şərhçisi Arye Qut vurğulayıb: “Bu gün Azərbaycan öz uğurlu geosiyasi və geoiqtisadi təşəbbüsləri sayəsində regionun ən güclü dövlətinə və liderinə çevrilib, dünyanın bu strateji regionunda siyasətə, iqtisadiyyata və nəqliyyata aid heç bir məsələ Azərbaycanın iştirakı və razılığı olmadan həll edilə bilməz. Cənubi Qafqaz regionunda təcrid olunmuş Ermənistan isə Azərbaycan torpaqlarını işğal etdiyinə görə Xəzər dənizinin qaz və neft ehtiyatları ilə bağlı əsas geosiyasi və geoiqtisadi layihələrdən kənarda qalıb. Danılmaz faktdır ki, Ermənistan Cənubi Qafqazda ən asılı ölkədir”.
A.Qutun sözlərinə görə, Prezident İlham Əliyev dünyəvi dövlət, tolerantlıq ideyalarına sadiq olduğuna, Azərbaycanda yaşayan bütün konfessiyalara və xalqlara, o cümlədən Azərbaycan yəhudilərinə hörmətlə yanaşdığına görə həm İsrail cəmiyyətinin, həm də dünya yəhudi icmalarının əksər hissəsinin hörmət və ehtiramını qazanıb.
İsrailli ekspert Arye Qut İsrailin “Birinci radio”suna müsahibəsinin sonunda deyib: “İsrail ilə Azərbaycan arasında, həmçinin azərbaycanlı müsəlmanlar və azərbaycanlı yəhudilər arasında münasibətləri təkcə qarşılıqlı maraqla izah etmək olmaz. Müasir Azərbaycan-İsrail münasibətləri ümumi dəyərlərə və ortaq tarixə əsaslanır. İki ölkə arasında mövcud insani əlaqələr və müxtəlif dini-tolerant cəmiyyətlərdə yaşamaq əzmi bu ölkələrin hər ikisini zənginləşdirir. Bundan əlavə, aşkardır ki, Azərbaycanda yəhudilərlə müsəlmanlar həmişə dinc yanaşı yaşayıb, bu gün də qardaş kimi yaşayırlar, bu xalqların ortaq tarixi və ümumi taleyi onları həmişəlik bir-birinə bağlayıb”.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

