Azərbaycan Ordusunun şəhid zabitləri dəfn edilib
12.04.2016 [10:00]
Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlarda “Mi-24” helikopterinin vurulması zamanı şəhid olan pilotlar - mayor Urfan Vəlizadə, mayor Təbriz Musazadə, baş leytenant Əbubəkir İsmayılov, eləcə də polkovnik-leytenant Murad Mirzəyev aprelin 11-də son mənzilə yola salınıblar.
AZƏRTAC xəbər verir ki, qəhrəman zabitlərlə vida mərasimi Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində keçirilib. Mərasimdə dövlət və hökumət rəsmiləri, o cümlədən müdafiə naziri, general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov, baş prokurorun müavini - respublika hərbi prokuroru Xanlar Vəliyev, Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev, Milli Məclisin deputatları, şəhidlərin ailə üzvləri, hərbçilər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin yaxınlarına və valideynlərinə başsağlığı verib.
Nazir Zakir Həsənov mərasimdə çıxış edərək deyib: “Bu gün burada danışmaq çətindir, amma biz həqiqəti deməliyik. Yüz illərdir erməni faşistləri bizə qarşı cinayətlər törədirlər. Bu cinayətin qarşısı alınmasaydı, yenə davam edəcəkdi. Şəhidlərimiz bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır”.
Şəhidlərimizin qısasının düşməndən alınacağını, torpaqlarımızın tezliklə işğaldan azad olunacağını bildirən nazir deyib: “Bu gün Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrdə böyük ruh yüksəkliyi var. Şəhidlərin qisası alınacaq və biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Heç kəs buna şübhə etməsin”.
Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbani şəhidlərin tərcümeyi-halı və keçdikləri şərəfli döyüş yolu haqqında məlumat verib. O, Ermənistan silahlı qüvvələrinin aprelin 1-dən başlayaraq mövqelərimizi intensiv atəşə tutduğunu, yaşayış məntəqələrinə mərmilər yağdırdığını bildirib. Qeyd edib ki, Azərbaycan Ordusu Ermənistan hərbi birləşmələrinin təxribatlarının qarşısını layiqincə alıb, düşmənin xeyli canlı qüvvəsini, silah və texnikasını məhv edib. Bu döyüşlərdə biz də şəhid verdik. Neçə illərdir düşmən tapdağında olan ərazilərimizin bir hissəsi azad edilib, çox əlverişli yüksəkliklər Azərbaycan əsgərinin nəzarəti altına keçib. İndi həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Azərbaycan əsgəri öz qəhrəmanlığını bir daha sübut etdi. Şəhidlərimizin valideynləri də “Vətən sağ olsun!” deyirlər. Bu gün Azərbaycan Ordusu Vətən torpaqlarının keşiyində ayıq-sayıq dayanır.
Şəhid anaları adından çıxış edən Rəna İsmayılova övladlarımızın Vətən yolunda, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmasından qürur duyduğunu deyib. O, göstərilən diqqət və qayğıya görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.
Sonra şəhidlərin cənazələri son mənzilə yola salınması üçün ikinci Fəxri xiyabana gətirilib.
Şəhidləri son mənzilə yola salmaq üçün orada böyük qələbəlik var idi.
İgid qəhrəmanlarımız yaylım atəşi altında torpağa tapşırılıb.
Şəhidlərin ruhuna dualar oxunub, Azərbaycan Respublikasının dövlət himni səslənib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov şəhidlərin tabutu üzərinə örtülən bayraqları əbədi xatirə olaraq onların ailə üzvlərinə təqdim edib.
Dəfn zamanı “Şəhidlər ölməz, vətən bölünməz” şüarı səsləndirilib. Şəhidlərin məzarı üzərinə əklillər və gül dəstələri düzülüb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49

