/ / Albaniya parlamentinin sədri: Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini dərhal tərk etməlidir
Albaniya parlamentinin sədri: Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini dərhal tərk etməlidir
07.04.2016 [10:06]
Albaniya regionun dondurulmuş münaqişəsi olan Dağlıq Qarabağ ətrafında cərəyan edən sonuncu böhran zamanı zorakılığın artması, mülki obyektlərin dağıdılması və insan itkilərinin baş verməsi ilə bağlı narahatlıq keçirir.
AZƏRTAC xəbər verir ki, bu fikri Albaniya parlamentinin sədri İlir Meta Avropa Azərbaycan Cəmiyyətinin Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində Ermənistan tərəfindən hərbi təxribata əl atılması ilə bağlı müraciətinə cavab açıqlamasında bildirib.
Albaniya parlamentinin sədri qeyd edib ki, Azərbaycan düzgün istiqamətdə ilk addımı atdı və əks tərəfdən də müvafiq cavabı gözləyir. Bu, Azərbaycanın sülhə sədaqətini nümayiş etdirir. Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ regionundan və ətraf yeddi rayondan dərhal çıxarılmalıdır.
Açıqlamada deyilir: “Biz beynəlxalq ictimaiyyətin səylərini, atəşkəs rejiminin dərhal bərpası çağırışlarını, vəziyyətin de-eskalasiyası və mülki əhalinin müdafiə edilməsini dəstəkləyirik. Beynəlxalq hüquqa üstünlük verilməli, BMT Təhlükəsizlik Şurasının qətnamələri əldə rəhbər tutularaq münaqişənin hərtərəfli, yekun və davamlı həlli üçün danışıqlara başlanılmalıdır. Həm Avropa İttifaqı, həm də ATƏT tərəfindən qəbul edilən prinsiplər münaqişənin həlli üçün əsas olmalıdır. Bu prinsiplərə əsasən Dağlıq Qarabağ bölgəsi Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. ATƏT-in Minsk qrupu bütün tərəfləri danışıqlara cəlb etmək və münaqişənin həlli yollarının tapılmasına yardım göstərmək üçün düzgün platformadır. Albaniya inanır ki, ərazi bütövlüyü prinsipi müasir dövlətlərarası münasibətlərin tənzimlənməsində başlıca nizam vasitəsidir. Buraya, həmçinin işğalın və insanların öz torpaqlarından çıxarılmasının pislənməsi də daxildir. Albaniya Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə dəstəkləyir”.
Parlamentin sədri qeyd edib ki, istənilən təcavüz dayandırılmalı və qarşısı alınmalıdır. Tamamilə uyğundur ki, beynəlxalq ictimaiyyət müvafiq imkanlar yaranan kimi məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qaydada qayıtması üçün səylərini artırsınlar. Əks təqdirdə, onun nəticələri dağıdıcı ola bilər. Xüsusilə, günahsız mülki vətəndaşların həyatlarını müdafiə etmək lazımdır. Yaxın Şərq, Balkanlar və Avropada baş verən hazırkı qaçqın böhranı münaqişələrin vaxtında qarşısının alınmamasının pis nümunəsidir. Bu, beynəlxalq əməkdaşlığın əsas hədəfi olmalıdır. Əks halda, biz dağıdıcı müharibənin qonşuluğunda yerləşən mürəkkəb regionda vəziyyətin pisləşməsi ilə risk edirik. Burada sülh, stabillik və qlobal iqtisadiyyat üçün nəticələrin kəskin pisləşməsi potensialı böyükdür.
Azərbaycandakı, regiondakı sülh və stabillik Albaniya, Balkanlar və Avropa üçün çox vacibdir. Enerji layihələri, xüsusilə “Cənub Qaz Dəhlizi” layihəsi çox önəmlidir və təhlükə altına qoyulmamalıdır.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

