“İnformasiya cəmiyyətinin inkişafında medianın rolu” mövzusunda konfrans-seminar keçirilib
19.03.2016 [10:13]
Martın 18-də Bakıda Qlobal Karyera İnstitutunun, İstanbul Yeni Yüzyıl Universitetinin və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “İnformasiya cəmiyyətinin inkişafında medianın rolu” mövzusunda konfrans-seminar keçirilib.
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı, hər iki ölkənin mətbuat nümayəndələri arasında təcrübə mübadiləsinin aparılması baxımından bu konfrans-seminarın əhəmiyyətini qeyd edib. Türkiyənin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olduğunu deyən millət vəkili Əflatun Amaşov Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılmasında qardaş ölkənin mühüm rolunu vurğulayıb.
Azərbaycanın və Türkiyənin mətbuat nümayəndələri arasında təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edən Mətbuat Şurasının sədri artıq 2007-ci ildən iki ölkənin jurnalistlərinin müştərək layihələr, tədbirlər keçirdiklərini diqqətə çatdırıb. Bildirib ki, məhz həmin dövrdən etibarən türkdilli xalqların jurnalistlərinin forumları, konfransları təşkil olunur, geniş və səmərəli fikir mübadiləsi aparılır.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu isə postmodern cəmiyyətlərdə medianın mühüm güc və ya təsir vasitəsi kimi çıxış etdiyini deyib. O, müasir dövrdə güc nümayişinin və ya tətbiqinin media vasitəsilə həyata keçirildiyini, məhz bu baxımdan informasiya cəmiyyətlərində manipulyasiya hallarına yol verildiyini bildirib: “Bu gün media beynəlxalq münasibətlərdə elə bir vasitəyə çevrilib ki, ən az hərbi güc qədər mühüm rol oynayır. Beynəlxalq münasibətlərin əsas aktoru olan milli dövlətləri hərbi güclə deyil, “yumşaq güc”lə - media vasitəsilə də yıxmaq mümkündür və bu, hazırda beynəlxalq münasibətlər sistemində geniş tətbiq olunur”.
Millət vəkili Hikmət Babaoğlu “bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyənin milli təhlükəsizliklərinin identiklik təşkil etdiyini vurğulayaraq, bu baxımdan belə tədbirlərin əhəmiyyətini qeyd edib.
Qlobal Kariyera İnstitutunun direktoru Orxan Həsənoğlu 18 mart - Çanaqqala zəfəri günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək müasir informasiya cəmiyyətində mövcud proseslərdən danışıb. Müasir dövrdə ciddi informasiya müharibəsinin aparıldığını vurğulayan Orxan Həsənoğlu bu prosesdə medianın mühüm rol oynadığını söyləyib. O bildirib ki, dünyada texnologiyalar sürətlə inkişaf edir. Bu baxımdan biz istər-istəməz bu proseslərin içərisində oluruq. Sosial medianın inkişafı dövründə hər kəs artıq informasiya istehsalçısına çevrilir. Müasir dövrdə təhsilin və medianın mühüm rol oynadığını qeyd edən Orxan Həsənoğlu cəmiyyətin formalaşmasında mətbuatın önəmini xüsusi vurğulayıb, tədbirin işinə uğurlar arzulayıb.
Medianın cəmiyyətləri istiqamətləndirəcək mühüm güc vasitəsi olduğunu bildirən İstanbul Yeni Yüzyıl Universitetinin jurnalistika fakültəsinin dekanı, professor Aysel Aziz “İnformasiya cəmiyyətinin inkişafında medianın rolu” mövzusunda təqdimatla çıxış edib, müasir dünyada informasiya cəmiyyətinin aktual məsələlərindən danışıb.
O qeyd edib ki, informasiya cəmiyyətinə keçid prosesi 1990-cı illərdə internetin kəşfi ilə başladı: “Bununla da, hər kəsin özünü təqdim etdiyi nəhəng informasiya şəbəkəsi - Netvork ortaya çıxdı. Bu prosesdə medianın internetə keçidi kütləvi informasiya vasitələrinin xarakterini və fəaliyyətini dəyişdirdi, qəzetlərin yenidən qurulmasına, radio-televiziyaların internet üzərindən yayımlanmasına səbəb oldu”.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19

