/ / Vüqar Rəhimzadə: IV Qlobal Bakı Forumu insanları qarşılıqlı əməkdaşlıq, sülh və sabitlik ətrafında birləşdirir
Vüqar Rəhimzadə: IV Qlobal Bakı Forumu insanları qarşılıqlı əməkdaşlıq, sülh və sabitlik ətrafında birləşdirir
12.03.2016 [11:59]
“Artıq uzun illərdir yürüdülən uğurlu dövlət siyasəti nəticəsində Azərbaycan dünya birliyinə sürətli inteqrasiya prosesi keçib. Paytaxtımızda keçirilən IV Qlobal Bakı Forumu bu reallığı bir daha nümayiş etdirir. Albaniya, Monteneqro, Bolqarıstan, Makedoniya, Bosniya və Herseqovina və Gürcüstan prezidentlərinin qatıldıqları, 53 ölkədən 300-dən çox nümayəndənin iştirak etdiyi bu beynəlxalq tədbir bir daha ölkəmizin əhəmiyyətini ortaya qoyur. “Çoxqütblü dünyaya doğru” mövzusuna həsr edilən Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya, qlobal təhlükəsizliyin təmin olunması kimi aktual məsələlər müzakirə edilib. Həmçinin enerji və qlobal idarəçiliyin perspektivləri ilə bağlı məsələlər də xüsusi diqqət mərkəzində olub”. Bu sözləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
V.Rəhimzadə vurğulayıb ki, ölkəmiz tarixən müxtəlif dinlərin qovuşduğu, ayrı-ayrı millətlərin mehriban və sülh şəraitində yaşadığı məkan olub.
“İki sahil” qəzetinin baş redaktoru qeyd edib ki, sivilizasiyalar, mədəniyyətlər arasında zəngin ənənələri olan Azərbaycan bu kimi tədbirlərin keçirilməsi üçün ideal ölkədir: “IV Qlobal Bakı Forumu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm vasitədir. Gündəlikdən də göründüyü kimi, kifayət qədər ciddi məsələlərin müzakirə edildiyi Forumda Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev çıxış edərək bir sıra mühüm məqamlara toxunub. Dövlət başçısı qeyd edib ki, Forum iştirakçıları vahid məqsəd - əməkdaşlıq, qarşılıqlı anlaşma, sabitlik və sülhün təşviqi ətrafında birləşiblər”.
V.Rəhimzadənin sözlərinə görə, bu gün dünyada terrorizmə qarşı mübarizə diqqət yetirilən ən əsas məsələlərdən biridir: “Bir çox ölkələr kimi, Azərbaycan da 20 ildən artıqdır ki, bu bəşəri bəladan əziyyət çəkir. İşğalçı Ermənistan ölkəmizin 20 faiz ərazisini zəbt edib, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ancaq dünya ictimaiyyəti hələ də bu ədalətsizliyə göz yumur. BMT və digər beynəlxalq təşkilatların bu işğal faktı ilə bağlı qəbul etdikləri qətnamələrin icrası həyata keçirilmir. Ölkə Prezidenti cənab İlham Əliyev bildirib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmi məsələsi xüsusi mövzu kimi müzakirə edilməlidir. “Bəzən Təhlükəsizlik Şurasının qətnamələri bir neçə saat və ya gün içərisində icra edilir. Bizə gəldikdə isə, artıq iyirmi il keçir. Bu, siyasi iradənin, xüsusilə də həmin qətnamələri qəbul edən dövlətlərin siyasi iradəsinin olmamasının təzahürüdür” - deyən dövlətimizin başçısı XXI əsrdə hər bir nöqteyi-nəzərdən, istər siyasi, istər hüquqi, istərsə də humanitar baxımdan qonşu dövlətin ərazisinin işğalının və danışıqlar prosesinin əngəllənməsinin tamamilə anormal hal olduğunu diqqətə çatdırıb”.
Baş redaktor əlavə edib ki, Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu regional və qlobal layihələr dövlətlər, xalqlar arasında qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsini zərurətə çevirir.
V.Rəhimzadə onu da bildirib ki, Forumda çıxış edən qonaqlar gündəlikdə duran mövzular ətrafında maraqlı müzakirələr aparıblar, ən əsası, Azərbaycanın bu formatda tədbirlərin keçirilməsi təşəbbüslərini alqışlayıblar: “Təbii ki, uzun illərdir formalaşan bu ənənə böyük zəhmətin, qətiyyətin bəhrəsidir. Hesab edirəm ki, Azərbaycanın bu sahədəki zəngin təcrübəsi dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında digər ölkələr üçün nümunədir”.
Xəbər lenti
Hamısına baxGündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20

