Azərbaycan-Braziliya parlamentlərarası əlaqələrinin inkişafı məsələləri müzakirə edilib
05.03.2016 [11:38]
Martın 4-də Milli Məclisdə Braziliya Milli Konqresi Federal Senatının elm, texnologiya, innovasiya, kommunikasiya və informatika komitəsinin sədri, Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Kristovam Buarke ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov ilə keçirilən görüşdə parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Milli Məclisin sədri Azərbaycanın hər zaman Latın Amerikası ölkələri, o cümlədən Braziliya ilə əlaqələrin inkişafında maraqlı olduğunu söyləyib. Qeyd edib ki, yüksək səviyyəli qarşılıqlı səfərlər münasibətlərin inkişafına xidmət edir. Oqtay Əsədov ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün mövcud potensialdan səmərəli istifadə edilməsinin zəruriliyini bildirib. O diqqətə çatdırıb ki, Azərbaycan bu gün regionun ən güclü iqtisadiyyata malik ölkəsidir. Ölkəmizin bir sıra iri regional layihələr həyata keçirdiyini deyən parlamentin sədri “Cənub” qaz dəhlizi barədə qonağa ətraflı məlumat verib. Oqtay Əsədov, həmçinin bu gün Azərbaycanda qeyri-neft sektorunun sürətlə inkişaf etdiyini, ölkəmizdə bu istiqamətdə iqtisadi islahatların aparıldığını vurğulayıb. Əlavə edib ki, iki ölkə arasında kənd təsərrüfatı, turizm və digər sahələrdə əlaqələrin qurulması da çox önəmlidir.
Milli Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verərək bildirib ki, artıq dünyanın bir sıra ölkələri, o cümlədən bəzi Latın Amerikası dövlətləri Xocalı soyqırımını tanıyan və pisləyən qətnamələr qəbul ediblər.
Bakıda ikinci dəfə səfərdə olmaqdan məmnunluğunu bildirən Kristovam Buarke paytaxtımızın çox gözəlləşdiyini deyib. Azərbaycanın son 20 ildə əldə etdiyi uğurlardan danışan qonaq bütün bu nailiyyətlərin və göstərilən səylərin Braziliyada yüksək qiymətləndirildiyini vurğulayıb.
* * *
Sonra Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüş olub.
Görüşdə komitənin sədri Səməd Seyidov bildirib ki, bu gün dünyanın sürətlə inkişaf edən ölkələri sırasında olan Braziliya ilə əlaqələrin genişləndirilməsi Azərbaycan üçün önəmlidir. Braziliya regionun aparıcı ölkələrindəndir və iqtisadi islahatlarına, dünyaya qapılarının açılmasına görə nümunə ola bilər. Azərbaycan da eyni şəkildə öz iqtisadi inkişafı, tolerantlığı, multikulturalizmi ilə nümunə ola biləcək bir ölkədir.
Kristovan Buarke Azərbaycana səfərinin məqsədinin münasibətlərin möhkəmləndirilməsi istiqamətində müzakirələr aparmaq olduğunu qeyd edib. O, qarşılıqlı səfərlərin ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə imkanlar yaratdığını vurğulayıb, bu səfərin də önəmli nəticələrinin olacağına inandığını bildirib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

